İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.01.2022  14:15 

Tərs adamın sözü...





A+  A-

NATO Rusiya rəhbərliyini Ukrayna, Gürcüstan və Moldovadan qoşunlarını çıxarmağa çağırdı. Belə bir çağırışla NATO-nun Baş katibi Yens Stoltenberq bir neçə saat bundan öncə keçirilən mətbuat konfransında çıxış etdi.

Y.Stoltenberqin bu tələbi Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı tələblərinə bu gün NATO tərəfindən Moskvaya təqdim edilən yazılı cavabda öz əksini tapıb.

NATO rəhbəri həmçinin qeyd etdi ki, "NATO hər bir ölkənin, o cümlədən Ukraynanın alyansa qoşulmaq hüququna hörmətlə yanaşır və bu baxımdan "açıq qapılar" siyasətinə bundan sonra da sadiq qalacaq.

Bu da o deməkdir ki, NATO Ukrayna və Gürcüstanın bu alyansa üzv qəbul edilməməsi ilə bağlı Rusiyanın tələbini yerinə yetirməkdən qəti şəkildə imtina edir və Kremlə əsla güzəştə getməyəcək.

Deməli, Rusiya bir müddət bundan əvvəl ABŞ və NATO-dan öz tələblərinə şifahi şəkildə "yox!" cavabı aldığı kimi, onların yazılı cavabları da eyni məzmundadır. Bu isə Rusiya diplomatiyasının növbəti uğursuzluğudur.

Yeri gəlmişkən, tərs adam kimi tanınan Stoltenberqin bu cür inadkar mövqeyi və bir-birindən sərt açıqlamaları son günlər Rusiya xarici işlər naziri Sergey Lavrovu tez-tez haldan çıxarır.

NATO Baş katibinin açıqlamaları Lavrovu əsəbləşdirir. Bunu onun özü də Dövlət Dumasında deputatların suallarını cavablandırarkən dolayısı da olsa etiraf etdi və o da öz növbəsində Stoltenberqi qıcıqlandırmaq üçün bildirdi ki, "NATO baş katibi Yens Stoltenberq reallıqla əlaqəsini itirib və onun açıqlamalarını ciddi qəbul etmək çətindir.

Ancaq fakt budur ki, məhz Yens Stoltenberqin və ABŞ Dövlət katibi Entoni Blinkenin mövqeyi indi həm ciddi, həm də həlledicidir. Sadəcə olaraq Lavrov özü bu reallığı qəbul etmək, gerçəyin özüylə barışmaq istəmir. Bu mənada əslində reallıqla əlaqəsini itirən tərəf göz qabağındadır.

Bəybala Mirzəyev

Xəbər 1234 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +