İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.10.2021  10:02 

Əliyevin İrana yönəlik ittihamlarını Paşinyan təsdiqlədi





A+  A-

Oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında İranı Ermənistanla əlbir olaraq, işğal olunmuş ərazilərimizdən 30 il ərzində narkotrafik üçün istifadə etməkdə günahlandırıb.

“Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib” - deyə Əliyev bildirib.

Azərbaycan Prezidentinin narkotrafiklə bağlı ittihamlarına cavab verməyə çalışan Ermənistanın Baş naziri Nikol Paşinyan bir növ “qaş düzədən yerdə göz çıxarıb”.

Paşinyan deyib ki, müharibədən sonra Ermənistanın da İranla sərhəddə ələ keçirdiyi narkotiklərin həcmi, yəni ümumi narkotrafik dəfələrlə artıb: “Biz İran hüquq-mühafizə orqanlarıl ilə narkotrafikə qarşı sıx əməkdaşlıq edirik. Biz də narkotik vasitələrin ələ keçirilməsi faktları və onların həcmi ilə bağlı rəqəmlər verə bilərik, hansı ki, müharibədən sonra bunlar 3-4 dəfə artıb”.

Özündən olsa, narkotrafikin artmasının başqa səbəblərlə bağlı olduğunu demək istəyən və bununla İranı müdafiə edən Paşinyan əslində, dolayısı ilə məhz işğal altında olan sərhədlərimiz azad olunandan sonra İran-Ermənistan sərhəd keçidi vasitəsilə İrandan daşınan narkotikin dəfələrlə artdığını etiraf edib.

Bu isə bir daha təsdiq edir ki, sərhədlərimiz ermənilərdən və İran rejiminin nəzarətindən təmizlənəndən sonra həmin ərazilər üzrə daşınan narkotiklər digər istiqamətlərdə - Azərbaycanın cənubdakı gömrük keçidi və Ermənistanla İran arasındakı keçidlə daşınmağa başlayıb. Çünki narkotrafikin dəfələrlə artmasını başqa cür izah etmək mümkün deyil. Axı, müharibədən sonrakı bir ildə Avropa bazarlarında nə baş verdi ki, narkotikə tələbat dəfələrlə artdı? Heç nə.

Deməli, daşınan narkotikin ümumi həcmi yox, daşınma marşrutu dəyişib. Və vaxtilə işğal altında olan ərazilərimizdən keçirilən narkotik vasitələr digər məlum marşrutlara yönəldildiyindən, həmin marşrutlardakı həcmlər artıb. /“AzPolitika.info”/



Xəbər 1309 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +