İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.04.2021  09:57 

Koronavirus yoxsa mövsümi allergiya?





A+  A-

Baharın gəlişi ilə allergiyada artım var. Koronavirusla bəzi eyni əlamətlərə sahib olduğundan insanlar arasında çaşqınlıq yaranır. Ancaq allergiyası olan bir çox insan simptomlarının virusa səbəb ola biləcəyini düşünmədikləri üçün ətrafda yayılma riski artır və gec müalicə olunarsa, ciddi fəsadları meydana gələ bilər.
XəzərNews.az-ın məlumatına görə, bununla bağlı Modern.az-a danışan allerqoloq Günel Məmmədova bildirib ki, allergiya mövsümu olaraq bilinən yazda bir çox insan burun dolğunluğundan, tıxanmadan, asqırmaqdan şikayətlənir:

“Bu kimi hallarla qarşılaşdıqda xəstədən əvvəlcə keçən il bu problemlərlə qarşılaşıb-qarşılaşmadığını soruşuruq. Belə hallarla yaşanıbsa, qiymətləndirmə aparırıq. İlk dəfədirsə, allergiya testləri edilməlidir”.

Həkim qeyd edir ki, koronavirusla simptonları eyniləşdirilsə də, hər iki xəstəlikdə fərqli cəhətlər var. Onları dəqiq bir şəkildə müəyyənləşdirmək vacibdir:

“COVID-19-da ciddi bir burun tıxnıqlığı yaşanır. Allergiyası olan insanlarda isə burun axması müşahidə olunur. Koronavirusda ciddi baş və boğaz ağrısı görülür. Udma çətinliyi, oynaq, əzələ ağrıları və zəiflik də mövcuddur. Əlavə olaraq, dad və qoxu itkisi təhlükəsi var. Bunlar allergiyası olan insanlarda qeydə alınmır".

“Allergiya problemi olanların COVID-19 tutduqda xəstəliyi necə keçirəcəyi naratlığa səbəb olmuşdu. Amma müşahidələr onu göstərir ki, bu xəstələr koronavirusa tutulduqda daha yüngül keçirirlər”, – deyə həkim bildirib.



Xəbər 1660 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +