İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.11.2020  17:56 

Ermənilər Qubadlıdakı məsciddə də donuz saxlayıb - Video





A+  A-

“Azərbaycanın azad edilmiş Məmər kəndindəki 18-ci əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Ermənistan tərəfindən Qubadlı rayonunun Məmər kəndinin işğalı zamanı XVIII əsrin dini və mədəni abidəsi vandalizmlə yanaşı, təhqir əlaməti olaraq donuz otağına da çevrilib”.
XəzərNews.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında sözügedən məsciddən görüntü paylaşaraq bildirib.



Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri tvitterdə Məmər kəndindəki tarixi abidədən də görüntülər paylaşaraq YUNESKO, İSESKO və İƏT-ə çağırış edib:

“Azərbaycanın Qubadlı bölgəsindəki Məmər məscidi yaxınlığında XVIII əsrə məxsus tarixi abidə. Ermənistanın işğalı zamanı bu mədəni və tarixi abidə heyvanlar üçün tövləyə çevrildi. Biz YUNESKO, İSESKO və İslam Əməkdaşlıq Təşkilatını tədbir görməyə, bu vəhşi hərəkətləri ciddi şəkildə pisləməyə çağırırıq”.




Xəbər 5269 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +