İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.03.2020  11:43 

Karantindəki şəxslərin yaydığı videoya - Rəsmi münasibət





A+  A-

“Əgər həmin şəxslər epidemik bölgədən gəlməyibsə, onlar bir yerdə saxlanıla bilər”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev sosial şəbəkələrdə karantinə alınan şəxslərin çay süfrəsi ətrafında söhbət etmələri ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hətta xaricdə belə insanları ev şəraitində müşahidə altında saxlayırlar: “Amma epidemiya bölgəsindən (İranın Qum şəhəri) gələn insanlar bir yerdə saxlanılmır. O bölgədən gələn insanlarda kliniki əlamətlər varsa, onlar ayrı-ayrı saxlanılmalıdır. Yayılan videodan da görünür ki, həmin şəxslərdə heç bir kliniki əlamət yoxdur. Yəqin ki, epidemiya olmayan bölgələrdən gəliblər. Belə insanların hər birinin ayrı-ayrı palatalarda saxlanılmasına nə ehtiyac var? Elə bir imkan da yoxdur.

Epidemik bölgədən gəlmək də o demək deyil ki, həmin şəxslərdə koronavirus var. Ola bilər ki, onlarda səthi virus əlamətləri var. Bu əlamətlər koronavirusla oxşardır. Bizdə elə xəstələr var ki, onlarda koronovirus yox, qrip virusu aşkar olunub. Belə kliniki əlamətlər olan şəxslərin heç də hamısında koronavirus aşkar olunmur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Astara xəstəxanasında karantin altına alınan şəxslərin bir-biriylə yaxın ünsiyyət qurmasıyla bağlı görüntü paylaşılıb. Onlar bir yerdə maskasız şəkildə oturaraq çay içirlər.



Xəbər 1855 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +