İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.02.2020  12:57 

AFFA bəyanat yaydı





A+  A-

AFFA rəsmi məlumat yayıb.
XəzərNews.az xəbər verir ki, assosiasiyanın bayrağı altında keçirilən və təşkil edilən yarışların yayım hüququnun ona məxsus olduğu və onunnəzarəti ilə həyata keçirilməli olduğunu bəyan edilir:

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 40.2-ci maddəsinə əsasən, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdur. Tədbirlərin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri, avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu tədbirlərin təşkilatçılarına məxsusdur.

AFFA-nın Nizamnaməsinin 65-ci maddəsinə əsasən, AFFA onun müvafiq səlahiyyəti altında olan bütün oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması üzərində müstəsna hüquqlara malikdir.

Oyunlar zamanı məlumat yayımı AFFA-nın nəzarətindədir və əvvəlcədən AFFA-nın belə yayım barəsində yazılı razılığı olmadan oyunların məlumat yayımı (audio-vizual, səs və digər formalarda), ötürülməsi qanunsuzdur və səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq məsuliyyət tədbirlərinin görülməsinə səbəb olacaq.

Eyni zamanda, oyun keçirilən stadion ərazisində məlumat yayımına səlahiyyəti olmayan şəxslər tərəfindən oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması zamanı bunu edən şəxslərin stadion ərazisindən çıxarılması və onların qanunsuz yayımının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi yerli klubların vəzifəsidir. Müvafiq hüquqi sənədlər və qanunvericiliyin müddəalarını rəhbər tutaraq bu məsələyə həssas yanaşılması vacibdir.

Xəbər 1341 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +