İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.10.2019  16:04 

Saatlının icra başçısı otelini və şadlıq sarayını təcili satışa çıxarıb





A+  A-

Nazim İsmayılovun oğlu Anar İsmayılov Göyçay şəhər mərkəzində yerləşən otelini satışa çıxardığı deyilir...
Uzun müddətdir müxtəlif rayonlarda icra başçısı vəzifəsi tutan və zaman-zaman mətbuatın gündəminə gələn Saatlı icra başçısı Nazim İsmayılovla bağlı yeni məlumat var.
XəzərNews.az bildirir ki, PİA.az-a Göyçaydan daxil olan məlumata görə Nazim İsmayılov Göyçay şəhər Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar” otelini və “Çinar” şadlıq sarayını satışa çıxarıb.

Bildirək ki, sözügedən oteli və şadlıq sarayını hazırda Nazim İsmayılovun oğlu Anar İsmayılov idarə edir. İcra başçısının Göyçay şəhərindəki otel və şadlıq sarayını satmasının səbəbkarının oğlu Anar İsmayılov olduğu deyilir.

Məlumata görə Anar İsmayılov oteli və şadlıq sarayını sataraq Ukraynada biznes yaratmaq niyyətindədir. Başçı oğlunun xariic ölkədə biznes qurmaq üçün Ukraynanı seçdiyi və bu iş üçün tez-tez həmin ölkəyə səfər etdiyi idda edilir.

Nazim İsmayılovun “Çinar” otelini və “Çinar” şadlıq sarayını 1,2 milyon manata satışa çıxardığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü olması barədə məlumat dərc olunmuşdu və sənədlər yayılmışdı. Lakin Saatlı rayon İcra Hakimiyyəti Nazim İsmayılovun adından həmin məlumatı təkzib etmişdi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Xəbər 1122 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +