İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.10.2018  13:17 

“Koroğlu“ MMC-dən daha bir ŞİKAYƏT - “Firma insanları aldatmaqla məşğuldur“





A+  A-

Vətəndaş Elfaq Qurbanov "Koroğlu" MMC-dən şikayətçidir.
XəzərNews.az bildirir ki, bu barədə AFN-ə E.Qurbanov özü məlumat verib. Onun sözlərinə görə, adıçəkilən firma insanları aldatmaqla məşğuldur: "10 gün orda fəhlə kimi işləmişəm, pulumu vermirlər. Anbarda tonu 4,5 manata yük yükləmək, yük boşaltmaq işinə baxmışam. 10 gündən sonra gördüm fiziki imkanım yetmir, işləyə bilmirəm, işdən çıxmaq qərarı verdim. Yaxınlaşdım mühasibatlığa ki, 10 gündür işləyirəm, filan qədər iş görmüşəm, pulumu verin. Dedilər Nicata yaxınlaş. Nicat orda baş anbardardır. Yaxınlaşdım ona dedi ki, sən bu 10 günü təcrübəçi kimi işləmisən. Fəhləlik nə vaxtdan təcrübə ilə olub? İndiyədək müxtəlif sahələrdə fəhlə kimi işləmişəm, elə yer olub saata görə, elə yer olub gördüyüm işin həcminə görə əməkhaqqımı almışam, amma "Koroğlu" MMC mənim haqqımı yeyir".

Məsələ ilə bağlı firmanın mövqeyini öyrənmək istəsək də telefonlara cavab verən olmadı. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Xəbər 2497 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +