İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.07.2018  17:11 

Almaniyadan deportasiya olunanlarla bağlı - Rəsmi açıqlama





A+  A-

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 (otuz iki) şəxs çarter reysi ilə 18 iyul 2018-ci il tarixdə ölkəmizə göndərilib.
Dövlət Miqrasiya Xidmətindən XəzərNews.az-a daxil olan xəbərə görə, readmissiya edilmiş 32 şəxsdən 2-nin - Bayramzadə Sinan Ədalət oğlu və Hüseynova Dilarə Qasım qızının etibarlı sərhədkeçmə sənədləri olduğuna görə barələrində DMX-ya readmissiya sorğusu daxil olmayıb.

DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhimdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə 18 iyul 2018-ci il tarixdə Heydər Əliyev Bey¬nəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.

Bütün readmissiya edilən şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs - Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər 1075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +