İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.02.2018  11:06 

ABŞ bu il Əfqanıstandakı əməliyyatlara 48 milyard dollar ayırıb





A+  A-

ABŞ Əfqanıstandakı hərbi əməliyyatlar üçün 2018-ci ildə 45 milyard dollar xərcləyəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin köməkçisi Rendall Şrayver məlumat verib. Onun sözlərinə görə, təxminən 13 milyard dollar Əfqanıstanda ABŞ kontingentinin saxlanılmasına, 5 milyard əfqan hərbçiləri və təhlükəsizlik qüvvələrinə dəstək üçün ayrılacaq, 780 milyon dollar Kabilə iqtisadi yardım üçün xərclənəcək. Yerdə qalan məbləğ isə nəqliyyat və digər loqistik xərclər üçün nəzərdə tutulub.

Senatorlar isə bir ildə bu qədər xərc çəkilməsi ilə bağlı narazılıqlarını gizləməyiblər. Onlar Donald Tramp administrasiyasının Kabillə danışıqlar masasına oturmaları üçün talibləri yola gətirməyi planlaşdırıb-planlaşdırmadığı ilə maraqlanıblar. ABŞ dövlət katibinin birinci müavini Con Sallivan bildirib ki, Kabildə törətdikləri terror aktlarına görə taliblərlə hazırda danışıqlar aparmaq niyyətində deyillər.

Qeyd edək ki, hazırda Əfqanıstanda təxminən 15 min amerikalı əsgər yerləşib. 2001-ci ildən mübarizəyə qoşulan ABŞ indiyə qədər 680 milyard dollar xərcləyib. Bu müddət ərzində Əfqanıstanda 2,35 min amerikalı hərbçi ölüb.



Xəbər 842 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +