İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.01.2018  15:08 

Bakı Meriyasında tikinti mafiyası – “Makler” Hacı Ramiz kimdir?





A+  A-

Paytaxtın rayonlarında torpaq alıb ev tikmək istəyən vətəndaşlar, o cümlədən Bakıda çox mərtəbəli binalar tikmək istəyən MTK-ların əksəriyyəti işini “aşırmaq” üçün Hacı Ramizə müraciət edirlər.
Bakı Şəhər İcra Hakimiyyətində uzun illərdir ki, torpaq sahələrinin satılmasında və vətəndaşlara tikinti üçün icazənin verilməsi üçün böyük bir şəbəkə fəaliyyət göstərir. XəzərNews.az-ın məlumatına görə, bu şəbəkə barəsində AzMedia.infoya daxil olan məlumarda bildirilir ki, şəbəkənın illik gəliri 100 milyon manatlarla ölçülür.

Qeyd edək ki, bu tikinti mafiyası ilə bağlı saytımıza daxil olan məlumatları araşdırırıq. Bu günkü yazımızda isə sözü keçən şəbəkənin çox tanımış “makler”lərindən biri olan Hacı Ramizdən bəhs edəcəyik. Saytımıza daxil olan məlumatda qeyd olunur ki, paytaxtın rayonlarında torpaq alıb ev tikmək istəyən vətəndaşlar, o cümlədən Bakıda çox mərtəbəli binalar tikmək istəyən MTK-ların əksəriyyəti işini “aşırmaq” üçün Hacı Ramizə müraciət edirlər. O isə öz növbəsində müəyyən “haqq” hesabına vətəndaşlara “yardım” edir.

Mənbə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin işçisi olan Hacı Ramiz torpaq və yaxud da tikinti izni almaq istəyən vətəndaşlardan aracılıq üçün 2000 min manat alır. Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkənin pulu isə ayrıca olur. MTK-larla bağlı məsələr isə daha qəlizdir. Bu işlər üçün Bakının Mərkəzi rayonlarında torpaq və tikinti izni almaq üçün Hacı Ramizin “maklerlik haqqı” 20-40 min manat arasında dəyişir. Bəzən isə Hacı Ramiz “maklerlik” fəaliyyəti” üçün 50 min manat tələb edir. MTK-ların Bakı Şəhər İcra Hakimiyyətindəki şəbəkəyə verdikləri rüşvət pulu isə milyonlarla ölçülür.

Saytımıza verilən məlumatda vurğulanır ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun adından bol-bol istifadə edən Hacı Ramiz, həmçinin vətəndaşları yanında tez-tez hakimiyyətdəki yüksək vəzifəli şəxslərin adını çəkməklə, özünün “dərin” əlaqələrindən danışır.

Məlumatda həmçinin o da qeyd olunur ki, Hacı Ramiz vəzifəsindən və imkanlarından sui-istfadə edərək paytaxtın müxtəlif rayonlarında torpaq sahələri alaraq çoxlu sayda ev tikdirir və daha sonra onları satmaqla da məşğul olur.

Qeyd edək ki, Bakı meriyasında Hacı Ramiz adlı şəxsin kimliyi və vəzifəsi ilə bağlı araşıdrmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər 2355 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +