İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.02.2024  08:27 

Nigar Şabanovadan atmaca: “Siz kabinetlərdə oxuyub çıxanda...“





A+  A-

"Nigar Şabanova sənət göstərib, reklama ehtiyyac duymayıb bu gün də duymur. Ay bədbəxt içi qurtlular. Nigar Şabanova təhsil alıb, Azərbaycan milli musiqisini əvəzsiz muğamlarını dünyada digər xanəndələrlə bərabər təmsil edib və etməkdə də davam edir".

Xəzərnews.az Azxeber.com-a istinadla xəbər verir ki, bu sözləri xanəndə Nigar Şabanova deyib.

Əməkdar artist ad çəkmədən bəzi həmkarlarını daş-qalaq edib:

"Nigar Şabanova Dövlət tədbirlərində ifa edən xanəndələrdən biridir. 13 ildir Nigar yuxunuzda belə görmədiyiniz, dünyaca məşhur böyük səhnələrdə sizin səsinizin, sənətinizin gücü çatmayacaq sayda böyük orkestrlarla əsərlər ifa edib və edir. Nigar sizin kilometrlərlə yaxınına gələ bilməyəcəyiniz möhtəbər tədbirlərdə ifa edir ay yazıqlar. Sizin nəyinizə paxıllıq etsin? Gör necə bədbəxtsiniz ki, sənətlə reklamı qarışdırısız".

Xanəndə reklama ehtiyacı olmadığını bildirib:

"Keyfiyyətin reklama ehtiyyacı olmur. Hansı sənətinizlə öyünürsüz? Nigar Şabanova ali təhsilli xanəndədir, təhsil ala-ala yetişib, başqa yolla yox. Siz kabinetlərdə oxuyub çıxanda Nigar xarici ölkədə muğam təmsil edirdi. Bu qədər yüksək uğuru, sambalı, səviyyəsi, hörməti olan qadın "raka çiko" oxuyana paxıllıq edərsə yerə soxum onda elə qadını".

Xəbər 340 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +