Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


20.08.2021  10:39 

“İki doza peyvənd olunanlar arasında ölüm halına təsadüf edilməyib”





A+  A-

Əhali arasında koronavirusa yoluxma və ölüm hallarının artması narahatlıq yaradır. Eyni zamanda, bu vəziyyət insanlar arasında müxtəlif fikirlərin yaranmasına da gətirib çıxarıb. Son aylardakı azalmadan sonra ötən gün koronavirusdan ölüm hallarının artıq 23-ə çatması həmin şəxslərin peyvənd olunub-olunmaması haqda suallar yaradır.
Bundan əlavə, ümumilikdə birinci və ikinci doza peyvənd qəbul edənlərin sayının birlikdə 5 milyon olduğunu nəzərə aldıqda, vaksinasiyasının nə dərəcədə effektiv olub-olmadığı sual doğuran məsələlərdəndir.

XəzərNews.az bu məsələlərlə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun fikirlərini öyrənib. O xatırladıb ki, son günlər koronavirus infeksiyasına yoluxma sayı kəskin artır: “Yoluxma sayının artımına səbəblər karantin qaydalarının yumşalması ilə əlaqədar insanların təmaslarının artması, fərdi qoruyucu qaydalara ciddi əməl olunmaması, dövriyyəyə daha çox yoluxuculuq qabiliyyəti olan delta ştamının daxil olmasıdır. Xatırlatmaq istərdim ki, insan iki doza peyvənd vurulduqdan iki həftə sonra infeksiyadan qoruyuculuq əldə edir. Hazırda ölkə əhalisinin yalnız 24%-i tam, yəni 2 doza peyvənd alıb və mümkün qədər qorunur.

Onu da qeyd etmək lazımdır ki, peyvəndlər yoluxmadan 100% qorumur. Beləliklə, hazırda ölkə əhalisinin böyük hissəsi infeksiyaya həssasdır və müşahidələr göstərir ki, yoluxanların böyük əksəriyyətini məhz belə şəxslər təşkil edir. İki doza peyvənd olunanlar arasında az sayda xəstələnənlər olsa da, onlarda bir qayda olaraq xəstəlik yüngül keçir, lakin istisnalar da ola bilər, ölüm hallarına isə təsadüf edilməyib. Yoluxma hallarının artmaması üçün bütün əhalinin təxminən 70-80%-i tam peyvənd olunmalıdır. Yalnız bu halda epidemioloji zəncir qırıla bilər”.

Xəbər 1420 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +