Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...


28.09.2017  10:54 

Bu kəndə 11 sm qar yağıb





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sentyabrın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava haqqında açıqlama yayıb.
XəzərNews.az xəbər verir ki, sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-19, Lənkəran-Astara zonasında 14-150, Böyük Qafqazda 7-59, Mərkəzi-Aran rayonlarında 7-19, Kiçik Qafqazda 3-18, Qazax-Gəncə zonasında 3-8 mm olub.

Qar örtüyünün hündürlüyü Qırızda 11, Xınalıqda 13, Şahdağda 5, Ləzədə 2 sm təşkil edib.

Xəbər 1046 dəfə oxunub.




14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +