“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.05.2023  15:04 

Ərdoğan yeniləcəksə... - Azərbaycanda Qərbin “rəngli inqilablar”ı olacaq





A+  A-

Azərbaycanda Ərdoğan əleyhinə təbliğat kampaniyası aparan və 14 mayda Kılıcdaroğlunun qalib gəlməsini arzulayanların əksəriyyəti həm də İlham Əliyevin hakimiyyətdən getməsini istəyən və illər uzunu buna çalışanlardır.

Onlar hesab edirlər ki, əgər Ərdoğan yeniləcəksə, bu, qardaş Türkiyədə Qərbin yenidən triumfu olacaq və regionda, o cümlədən Azərbaycanda Qərbin “rəngli inqilablar” layihələrini daha asanlıqla həyata keçirməklə, ölkəmizdə hakimiyyəti dəyişmək də mümkün olacaq.

Azərbaycanda eyni adamlardan ibarət şəbəkə Ermənistanda Paşinyanın, Ukraynada da Zelenskinin Rusiya üzərində qalibiyyətini arzulayan, Qərbin Putin əleyhinə apardığı informasiya savaşında çox fəal şəkildə yer alan isimlərdir.

Bu şəbəkəyə Azərbaycanın yaranmış tarixi fürsətdən istifadə edərək, Qarabağ problemini birdəfəlik xeyrimizə həll etməsi yox, Azərbaycanda hakimiyyəti ələ keçirmək və ölkəni Qərbin yeni əlaltısına çevirmək gərəkdir!

Qarabağ zəfərinə və ardınca da Ermənistanla bizim şərtlər əsasında imzalanacaq sülhə İlham Əliyevin Azərbaycanda ömürlük hakimiyyətini təmin edəcək əsas faktor kimi baxdıqlarından, düz 2 il 6 aydır hər vasitə ilə o qələbəni gözdən salmağa çalışır, indi də Türkiyədə qəfil hakimiyyət dəyişikliyinə Paşinyanın xilası və Ermənistanla sülh prosesini pozacaq prosesin başlanğıcı kimi yanaşırlar.

Baxın: bilə-bilə ki, Qarabağ savaşındakı uğurumuz şanlı Ordumuzun şücaətiylə yanaşı, həm də Əliyevin Putin və Ərdoğanla anlaşması sayəsində mümkün olub və qarşıdakı mərhələdə Ermənistanı təslimçi sülhə imza atdırmaq da xeyli dərəcədə məhz Ərdoğan və Putinin hakimiyyətdə qalmalarından asılıdır, ancaq onlar hələ də israrla Qərbin Putin və Ərdoğanı devirmək ssenarilərinə açıq-aşkar dəstək verir, sosial şəbəkələrdə Qərbin Putin və Ərdoğan əleyhinə apardıqları təbliğatın əsgərləri kimi çıxış edirlər...

Unutmayaq ki, biz Qarabağı məhz Rusiya və Türkiyədə Qərbyönümlü hakimiyyətlərin mövcud olduğu vaxtlar itirmişdik və Qərb də açıq-aşkar işğalçı Ermənistanı dəstəkləmişdi. Anti-Qərb kursu seçən Putin və Ərdoğanın zamanında isə torpaqlarımızı işğaldan azad edə bildik.

Qısaca yazıram: 14 may seçkilərində Ərdoğanın hakimiyyətdən getməsini, Kılıcdaroğlunun prezident seçilməsini Azərbaycanda arzulayanlar 1992-93-cü illərin havasını ölkəmizdə yenidən əsdirmək istəyənlərdir!

O arzunuz, inşallah, gözünüzdə qalacaq!

Qərbin regionu qana bələyəcək quduzlaşmış qanlı dişləri 14 mayda Türkiyədə mütləq qırılmalıdır ki, coğrafiyamıza daimi sülh və əmin-amanlıq gəlsin!

Elxan Şükürlü
Siyasi şərhçi


Xəbər 792 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +