“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


03.05.2023  17:59 

Məşədi Dadaş məscidinə yeni təyinat, Şeyxin revanşı və Səyavuş Heydərovun missiyası...





A+  A-

Məşədi Dadaş məscidinə yeni təyinat bütün nüfuzu və səlahiyyətlərini itirmiş Paşazadənin revanş addımı və gövdə nümayişi cəhdi oldu. Nəticədə isə dövlət maraqları ciddi zərbə alır.

Paşazadə onun nüfuzuna qarşı DQİDK vasitəsilə yeridilən fəaliyyətin qarşısını almaq üçün çoxdan Komitədəki əlaqələrini işə salmışdı. Həmin əlaqə isə hələ Eldar Mahmudov zamanında DQİDK-yə yerləşdirilmiş və şeyxlə “işgüzar” əlaqədə olan Səyavuş Heydərovdur.

Həmin əlaqələr və başqa vasitələrlə Şeyx nəhayət ilk revanş addımlarından birini atdı - tam özünün itaətində olan adamlarından birini Komitənin əli ilə Məşədi Dadaş məscidinə imam təyin etdirir və həmin məscidin, özününkü hesab etmədiyi, rəqib gördüyü icmasını məsciddən uzaqlaşdırdı.

Əslində bu, Dini Komitə tərəfindən atılan çox ciddi səhvdir – illərdir oturuşmuş savadlı dini maarifləndirmə ənənələri, milli xətti, xarici təsirlərə qarşı mübarizə təcrübəsi, xeyriyyə fəaliyyətləri, şəhid ailələri ilə illərdir iş və yardımlaşma ənənəsi olan bir icmanı dağıdıb, yerini yenidən illərdir aradan qaldırılmağa çalışılan köhnə xəttə təhvil vermək.

Nəticəsi isə - məsciddən uzaqlaşdırılan və faktiki nəzarətsiz və mənəvi mərkəzsiz qalan dindar kütlənin xarici təsir qarşısında tərksilah edilməsi, bundan sonra dini sahədə Azərbaycana qarşı atılan addımlara etiraz edəcək nüfuzlu icma və ruhanilərin sayının azaldılmasıdır.

Sübutu da budur ki, əvvəla, Şeyxin “ağzı qatıq kəsməyən” mollalarının nəzarətində olan məscidlərinin heç birində indiyədək milli dindar kütləsi yetişdirilməyib. İkincisi isə, ən son zamanlaradək nə özü, nə də ətrafındakı mollalardan heç biri İrana antiAzərbaycan addımlara görə etiraz etməyən Paşazadənin yeni adamı, lazım olduqda, İrana və ya başqa xarici qüvvəyə qarşı tutarlı təpər göstərə biləcəkmi? Məşədi Dadaş məscidinin əvvəlki icmasının göstərə bildiyi kimi. İnanmırıq.

Samir Feyruzov

Xəbər 947 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +