“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


04.02.2023  13:31 

General qızı nərddə “Mersedes“ uduzub?





A+  A-

"Naxçıvan barədə hər gün daha dəhşətli xəbərlər gəlir. Əlbəttə, burada təəccüblü nəsə yoxdur. Nərd stolüstü oyundur, onu kişi də oynaya bilər, qadın da. Amma bəzi insanların hobbisi olan bu oyun qumara çevrilirsə və qumarı bir generalın qızı oynayırsa, bu, artıq qəbuledilməzdir”.

XəzərNews.az xəbər verir ki, bunu "TNS" İnformasiya Agentliyinin rəhbəri, naxçıvanlı jurnalist Tural Səfərov sosial şəbəkədə yazıb.

O, qeyd edib ki, MR-da generallardan birinin qızı rəfiqəsi ilə nərd oynayıb və “Merceedess” markalı avtomobili uduzub:

“Xarici ölkə vətəndaşı olan (Baxın ha, ərazi bütövlüyümüzü, sərhədlərimizi qoruyan generalın qızı xarici ölkə vətəndaşıdır) bu papasının və mamasının gül balası Naxçıvandakı dağ evlərində rəfiqəsi ilə son model “Mersedes” markalı avtomobildən nərd oynayır və uduzur. Dərhal göstəriş verir, papasının avtomobil salonundan götürülən avtomobil rəfiqəsinin dediyi ünvana çatdırılır.

Bu, harınlığın, qudurğanlığın pik həddidir. General papası korrupsiya, dövlət əmlakını mənimsəmə yolu ilə pul “qazanır” ki, qızı nərd oyununda “Mersedes” uduzsun. General dədəsi qızını ən ağır şəkildə cəzalandırılmalıdır ki, digərlərinə görk olsun. Hələlik ad çəkmirəm. Amma faktı tam dəqiqləşdirdikdən sonra ad çəkəcəm. Hər kəs bilsin ki, bu generalın övladları nə hoqqalardan çıxır, onun Azərbaycan dövlətindən oğurladıqları pulları necə xərcləyirlər".

Xəbər 842 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +