“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


29.06.2022  12:21 

Tarixi əşyaları qaçaqmalçılıq yolu ilə keçirənlər tutuldu





A+  A-

Azərbaycan gömrükçüləri tarixi əhəmiyyət daşıyan xeyli miqdarda predmetin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

XəzərNews.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi
məlumata görə, komitənin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən Rusiyaya gedən "Mercedes-Benz" markalı yük avtomobili saxlanılıb.

Yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı avtomobilin kabinəsi və qoşqusunun ayrı-ayrı yerlərində gizlədilən cəmi 15 ədəd polietilen bağlama aşkar edilib.

Həmin bağlamalara baxış nəticəsində isə üzərində müxtəlif simvol və heroqlif olan 4 ədəd qızıl sikkə, üzərində müxtəlif simvol və heroqlif olan 20 ədəd gümüş sikkə, bürüncdən hazırlanan - üzərində şamdan simvolu olan 18 ədəd kulon, eləcə də xaça bənzər 22 ədəd kulon, üzərində simvol olan kubşəkilli 5 ədəd predmet, üzərində simvol olan 4 ədəd çoxbucaqlı predmet, üzərində simvol olan 1 ədəd səkkizbucaqlı predmet, üzərində müxtəlif simvollar olan 280 ədəd dördbucaqlı predmet və nəhayət, üzərində müxtəlif simvol və heroqlif olan 10 800 ədəd dairəvi şəkilli mis aşkara çıxarılıb.

Mədəniyyət Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən təqdim olunan predmetlər bizim eranın əvvəlləri və orta əsrlərə məxsus, Roma imperiyası və Bizans imperiyası dövrünə aid olub, tarixi, bədii, muzey, etnoqrafik arxeoloji əhəmiyyət kəsb edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 893 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +