Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


07.10.2021  22:37 

“Şir” belə “şir”dir: həm umur, həm qorxudur...





A+  A-

İran siyasi-hərbi rəhbərliyi yenə xarici mediaya Azərbaycanla gərginliyin həlli planları barədə sliv (məlumat sızdırma) ötürüb. Məlumatda mövcud ixtilafla bağlı İran rəhbərliyinin 3 ssenari nəzərdən keçirdiyi iddia olunur.

Birinci və ikinci ssenari İran xarici işlər nazirinin ermənistanlı və rusiyalı həmkarları ilə görüşündə müzakirə olunub. Belə ki, Əmir Abdullahianın İrəvan və Moskvada keçirdiyi görüşlərin əsas mövzusu birinci ssenarinin - Zəngəzura İran hərbi qüvvələrin yerləşdirlməsi ətrafında olub. Təklif Ermənistan və Rusiya xarici işlər nazirləri tərəfindən rədd edilib.

İkinci ssenari. Abdullahian Ermənistana təklif edib ki, Azərbaycanın onun torpaqlarını işğal etməsini, 9 noyabr 3 tərəfli bəyanatının müddəalarını pozmasını BMT Təhlükəsizlik Şurasında qaldırsın və sərhədlərin qorunması üçün beynəlxalq sülhməramlılar dəvət etsin. İran bu məsələdə hər cür diplomatik dəstək verməyə, eləcə də beynəlxalq sülhməramlıların İran ərazisindən istifadə etməklə Ermənistana keçməsinə kömək etməyə hazır olduğunu bildirib. Bu təklif də isti qarşılanmayıb. Ermənistan xarici işlər naziri Rusiyanın üçtərəfli bəyanatın qarantı olduğunu və lazım gəldikdə Moskvaya müraciət edəcəklərini deyib.



Üçüncü ssenari. Nəşr İran silahlı qüvvələri qərargah rəislərinin birləşmiş komitəsindəki mənbəyə istinadən iddia edir ki, hərbi rəhbərlik bir neçə səhra - əməliyyat planı hazırlayıb. Ciddi qəbul etmədiyimiz üçün detallarına varmadığımız plan faktiki müharibə verisyasını nəzərdə tutur. Hərbi rəhbərlik “viloşların lideri” Xameneini dünənki görüşləri zamanı planlar barədə məlumatlandırıb.

Xatırladaq ki, aprel ayından etibarən “qorxulu ssenarilər” sızdırılan nəşr 2012-ci ildə də İran-İsrail münasibətlərinin qaynar fazaya daxil olmasının qarşısını almaq üçün Barak Obama administrasiyası tərəfindən çəkindirici dezinformasiyaların yayılması məqsədilə istifadə edilmişdi. Bir sözlə, qlobal miqyaslı dezinformasiya və “slivlər” üçün açıqdır.

Aydın olur ki, İran xarici işlər naziri Rusiya və Ermənistandan öz təşəbbüslərinə dəstək ala bilməyib. Yeganə ümid hələlik "3+3" formatında iştiraka razı olmaq, daha doğrusu, yenidən bu formata qaytarılması üçün Rusiyanın dəstəyini almaqdır. Amma Rusiya və Ermənistandan dəstək ala bilməyən İran xarici işlər naziri Azərbaycan Prezidentinin sentyabrın 4-ü Cəbrayıl sakinləri qarşısında dediyi həqiqəti qəbul etməyə məcbur qalır: “...Bizim üçün bu format kifayətdir - Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz”.



Abdullahianın “Rossiya 24”-ə müsahibəsində Azərbaycana səfər etmək istəyini anons etməsi də bu reallığın etirafıdır. Hərçənd “Rossiya 24”-ə verilmiş müsahibədə həmişəki kimi səfər ərəfəsi qarşı tərəfdən güzəştlərə nail olmaq üçün böyük qardaşlıq iddiaları səsələndirilir, paralel olaraq xarici mediaya 3-cü “pis ssenari” haqda sızdırma edilir.

“Şir” belə “şir”dir: həm umur, həm qorxudur...

Cəmaləddin Quliyev


Xəbər 1817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +