İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.05.2021  11:54 

Yol Polisi sürücülərə çağırış etdi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi yay rejimi ilə bağlı sürücülərə müraciət edib.
XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir ki, yay mövsümünün yaxınlaşması ilə əlaqədar havaların isinməsi pandemiya şəraitində uzun müddət evdə qalmış vətəndaşların istirahət, gəzinti məqsədilə paytaxtdan rayonlara səfər etmələrinə zəmin yaradıb. Bu səbəbdən istər paytaxtdan bölgələrə, istərsə də əks istiqamətdə nəqliyyat axınının artması müşahidə edilir.

Avtomobil yollarında son vaxtlar baş vermiş yol-nəqliyyat hadisələri üzrə təhlil aparılarkən bir çox hallarda sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən, yorğun formada nəqliyyat vasitələrini idarə etmələrinin ağır nəticəli qəzalara səbəb olduğu müəyyən edilib. Hətta bəzən bu kimi vəziyyətlərdə avtomobilin idarə olunması nəticəsində eyni istiqamətdə qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin arxa hissəsinə, yol kənarında yerləşən maneələrə toxunulmaqla qəza baş verib ki, sürücü və ya sərnişinlər həlak olmuş yaxud müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, yollarda rahat və təhlükəsiz hərəkətin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə çağırış edərək uzaq məsafələrə səyahət edərkən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, tələskənliyə yol verməməyi, hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə avtomobili saxlayıb istirahət etməyi, eləcə də yollarda sürət rejiminə ciddi əməl olunmasını xahiş edir.

Məlumat üçün bildiririk ki, respublikanın avtomobil yollarında olan bütün stasionar postlarda vətəndaşların əl-üzünü yuması, onların qısa müddət istirahət etməsi üçün müvafiq şərait yaradılıb.

Unutmaq olmaz ki, istirahət rejiminə əməl edilmədən, uzun müddət, fasiləsiz nəqliyyat vasitəsinin idarə olunması sürücülərin özləri ilə yanaşı avtomobildə olan sərnişinlər və digər hərəkət iştirakçıları üçün potensial təhlükədir.

Xəbər 1452 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +