“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.12.2020  10:18 

DSX işə qəbul elan edir





A+  A-

Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə və işə qəbul elan edir.
XəzərNews.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətində hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

Həkim-terapevt;

Həkim-ümumi cərrah;

Həkim-stomatoloq;

Həkim-sanepidemioloq;

Həkim-dermatoloq;

Həkim-infeksionist;

Həkim-otolarinqoloq;

Həkim-laborant;

Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

Feldşer;

Feldşer-laborant;

Diş texniki.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

Fiziki cəhətdən sağlam olmalı;

Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 564-16-92



Xəbər 1443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +