İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.10.2020  17:23 

Ermənilər mesaj vasitəsilə saxta çağırışlar edir - Xəbərdarlıq





A+  A-

Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.
Bu barədə XəzərNews.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olan məlumatda bildirilir.

NRYTN yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, məqsədi əhali arasında qorxu və təşviş yaratmaq olan bu məlumatlar həqiqəti əks etdirmir.

Vətəndaşlardan yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etmələri, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməmələri, həmin nömrələri bloklamaları, mesajları spam olaraq şikayət etmələri xahiş olunur.

Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndərsinlər.

Xəbər 1809 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +