Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


23.11.2018  12:16 

“Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır” - XİN





A+  A-

Xarici İşlər Nazirliyi BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Qafqazinfo"ya məsələ ilə bağlı eksklüziv müsahibə verib.

XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Leyla xanım, son zamanlar mətbuatda İspaniyadakı Səfirliyimizlə bağlı silsilə yazılar gedir və bəziləri tərəfindən hətta XİN-ə qarşı bəzi ittihamlar irəli sürülür. Ən çox maraq doğuran məsələlərdən biri məlum qalmaqaldan sonra Anar Məhərrəmovun vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlıdır. Bu haqda nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edib, geri çağırmaq Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərinə aiddir. Hal-hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır.

- Yayılan məlumatlara görə İspaniyadakı səfir Anar Məhərrəmovun şəxsi biznesi var, bu doğrudurmu?

- Bununla bağlı ilk növbədə qeyd etmək istərdim ki, bu məsələlər Azərbaycan Respublikasının Dövlət Qulluğu haqqında Qanunu və Korrupsiyaya qarşı Mübarizə Qanununda öz əksini tapıb. Qeyd olunan hüquqi sənədlərə əsasən dövlət qulluqçularına dövlət qulluğu ilə əlaqədar müəyyən fəaliyyət məhdudiyyətləri qoyulur və bu sırada dövlət orqanlarında əlavə ödənişli fəaliyyətlə məşğul olmamaq qeyd olunur. Səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığına gəldikdə isə bizdə bu barədə məlumat yoxdur və bununla bağlı suallar Səfir A.Məhərrəmova ünvanlana bilər.

- Ən çox müzakirə mövzusu olan məsələlərdən biri də İspaniyada keçirilən tədbir ilə bağlı Bakıdan 2 ton ağırlığında diplomatik yükün göndərilməsidir, bu həqiqətə uyğundurmu? Başqa sözlə desək XİN belə bir yükün diplomatik yük olaraq daşınmasına icazə veribmi?

- Xarici İşlər Nazirliyi tərəfindən sözügedən məsələ ilə bağlı aparılmış araşdırmaya əsasən qeyd etmək istərdim ki, bəhs etdiyiniz tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib.

Anar Məhərrəmov



Xəbər 3056 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +