“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


03.07.2018  17:06 

Balıq tutanlara böyük miqdarda cərimə





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib.
XəzərNews.az xəbər verir ki, Xəzər dənizinin Kürdəxanı qəsəbəsi istiqamətində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Xaçmaz rayon sakini İlyas Teyyubovdan 38 külmə balığı, 1 taxta qayıq, 2 sintetik tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 418 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Yevlax rayonu Kasa adlanan ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxslər saxlanılıb. Qanun pozucuları Mingəçevir şəhər sakinləri Əli Əzizov və Murad Yusubovdan 180 şahmayı və 42 sıf balığı, 2 asma mühərrikli qayıq, 2 sintetik saplı tor götürülüb və barələrində balıq ehtiyatlarına vurulan ziyana görə ümumilikdə 7326 manat məbləğində iddia qaldırılıb.

Kür çayının Tovuz rayonu, Hunanlı kəndi ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılaraq ondan 15 şahmayı balığı, 1 elektrik gücləndiricisi, 1 akkumulyator, 1 rezin qayıq götürülüb. Qanun pozucusu Tovuz rayon sakini Qələndər Məmmədov barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 495 manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

Xəbər 1081 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +