Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


25.05.2018  14:26 

“Birincilik üçün məndən və başqasından pul alınıb”





A+  A-

“Bakı gözəli- 2018” müsabiqəsi ətrafında baş verən qalmaqalın əsas iştirakçısı Lalə Aslanova açıqlama verib.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”ya danışan model təşkilatçıların hər iki iştirakçıdan pul alaraq onlara birincilik vədi verdiyini deyib:

“Orada olan bütün çəkilişlər mənim əlimdədir. Birincilik heç kimə verilməyib. Hətta prodakşının səhifəsində belə bir məlumat yazılmayıb. Cəmi bir tac mənim başıma qoyuldu. Məndən də, başqa qızdan da pul alınıb. Mənə də, ona da birincilik sözü verilib. Mən ona görə başımdan tacı yerə atdım. Onlarla ikinci yox, birinci yeri danışmışdım”.

L. Aslanovanın ittihamlarına “Show Production”ın mətbuat xidməti isə belə cavab verib:

“Bütün gözəllik yarışmalarında gərginlik və mübahisələr yaranır.İştirakçıların hamısı qalib ola bilməz. “Bakı gözəli – 2018”də qalibləri müəyyənləşdirmək üçün münsiflər və tədbirdə iştirak edən qonaqlar arasında aparılan səsvermə aparılır. Bu səbəbdən öz gpzəlliyinə güvənən xanımlar arasında mübahisə və anlaşılmazlıq yarana bilir. Butün anlaşılmazlığa aydınlıq gətirilərək məsələyə son qoyuldu”.

Xəbər 1377 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +