“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.11.2017  15:23 

Cocuq Mərcanlıya 400 kitab hədiyyə olundu





A+  A-

AMEA Mərkəzi Elmi Kitabxanasının təmsilçiləri Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncamdan sonra burada görülmüş tikinti-abadlıq işləri ilə yerində tanış olmaq, yerli əhali ilə görüşmək, kənd orta məktəb kitabxanasının qurulmasına və kitabxana fondunun zənginləşdirilməsinə, kitabların hədiyyə olunması və ehtiyacların yerində qiymətləndirilməsi məqsədi daşıyıb.
XəzərNews.az-ın məlumatına görə, qonaqları Cəbrayıl rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Mayıl Əliyev, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd məscidinin axundu Elman Piriyev və digərləri qarşılayıblar.

İlk olaraq Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbi ziyarət edilib. Ziyarət zamanı birinci sinif şagirdləri ilə görüş keçirilib. MEK təmsilçiləri hədiyyə olaraq 400-ə qədər kitabı məktəbin kitabxanasına hədiyyə ediblər. Şagirdlərin vətən mövzusunda şeirlər söyləməsindən sonra məktəbin direktoru Zamin Həziyev MEK təmsilçilərinə göstərdikləri münasibətə və diqqətə görə təşəkkür edib, məktəb haqqında, o cümlədən buradakı tədris prosesindən danışıb.

Daha sonra kitabxana təmsilçiləri Cocuq Mərcanlı kənd məscidini ziyarət edərək axund Elman Piriyev ilə görüşüblər. Məscidi ziyarətdən sonra qonaqlar kəndi gəzib, buradakı tikinti-quruculuq işlərinin intensiv şəkildə getməsinin şahidi olublar. Kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıblar. Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətə hər zaman dəstək verməyə hazır olduqlarını bildiriblər. Sonda MEK nümayəndələri kəndin çıxışında “Aprel şəhidləri”nin xatirəsinə ucladılmış abidəni də ziyarət edib, önünə gül dəstələri düzüblər. Yeri gəlmişkən xatırladaq ki, MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi şərçivəsində və Vikipediyada Aprel Şəhidlərinin və 20 Yanvar faciəsində qətlə yetirilənlərin siyahıları kitabxananın elektron yaddaşında da öz əksini tapıb.

Xəbər 1066 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +