“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


30.10.2017  19:11 

“İnterAz”ın yayımının dayandırılmasının səbəbi açıqladı





A+  A-

"Azərkosmos” ASC "İnterAz” televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımının dayandırılmasına münasibət bildirib.
"Azərkosmos” ASC-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, "İnterAz” televiziya kanalı "Azərkosmos” ASC ilə imzalanmış müqavilə üzrə öhdəlikləri yerinə yetirməyib.

Buna görə də televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımı dayandırılıb.

Qeyd edək ki, ötən həftədən etibarən telekanalın yayımı dayanıb. "İnterAz”-dan mətbuata bildirilib ki, telekanalın yayımında yaranan problem texniki nasazlıqla bağlıdır.

Xatırladaq ki, telekanalın baş ofisi Moskvada yerləşir. Telekanal Azərbaycan və rus dillərində verilişlər yayımlayır. "İnterAz” telekanalı "Azerspace-1” peyki vasitəsilə yayımlanır.

Xəbər 965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +