“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


18.07.2017  18:43 

SOCAR Gürcüstan üçün qazın qiymətini qaldırdı





A+  A-

Gürcüstan hökuməti ölkədə istehlak olunan təbii qazın qiymətini təqribən 0,5 tetri artırıb.
Gürcüstanın Energetika və Su Təminatı Milli Tənzimləmə Komissiyasının məlumatına görə, bu barədə qərar iyulun 18-də keçirilmiş iclasda qəbul olunub. Tbilisi şəhər əhalisinin istehlak etdiyi təbii qazın qiyməti 0,5 tetri artırılıb. Qərar qəbul olunan günədək şəhər əhalisi təbii qazın 1 kubmetri üçün 45,620 tetri ödəyirdisə, iyulun 20-dən bu rəqəm 46,153 tetri olacaq (ƏDV daxil olmaqla). Regionlar üzrə də qazın qiyməti müvafiq olaraq artırılıb.

Bu qərardan sonra “SOCAR Georgia Gas” şirkətinin Gürcüstanda satdığı təbii qazın qiyməti də artıb.

XəzərNews.az-ın məlumatına görə, “SOCAR Georgia Gas” şirkətindən Azərtac-a bildiriblər ki, bu qərara qədər “Sakorqqaz” və SOCAR Georgia Qas” şirkətinin satdığı təbii qazın qiyməti regionlar üzrə dəyişirdi. Ortalama qiymət təqribən 55 tetri təşkil edirdi. Bundan sonra isə hər iki şirkətin satdığı qiymət təqribən eyni olacaq – 57 tetri.

Qeyd edək ki, hazırda SOCAR Gürcüstanın 80 faizdən çoxunu təbii qazla təmin edir.

Xəbər 740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +