Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


16.03.2021  10:28 

Dron gətirmək üçün bu 6 qurumdan icazə alınmalıdır





A+  A-

Tanınmış bloger Mehman Hüseynovun dron əldə etdiyinə görə saxlanılması məsələsi sözügedən cihazdan istifadə məsələsini yenidən gündəmə gətirib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz drondan istifadə qaydalarına aydınlıq gətirib. O bildirib ki, hazırda ölkəmizdə mülki silah və ya hansısa partladıcılardan istifadəyə icazə qaydası ilə dronlardan istifadə qaydası eynidir: “Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbinin dronla bağlı olduğunu bildirib. Ondan 1 ədəd dron aparatının götürüldüyünü açıqlayıb.

Dronla bağlı qanunvericilik necədir?

Ölkəmizdə dronlardan istifadəyə məhdudiyyətlər qoyulub. Dronlar qanunvericiliklə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına daxil edilib.

Nə qədər qəribə olsa da, bizim ölkəmizdə dronların dövriyyəsinə icazə qaydası hansısa silah və partladıcı vasitələrin, kosmik vasitələrin, pul çap edən avadanlıqlardan istifadə prosedurası ilə eynigüclüdür. Bu qaydalar kifayət qədər sərtdir. Hər bir xüsusi avadanlıqdan icazəyə konkret dövlət qurumu və ya qurumları cavabdehdir, onların siyahısı təsdiqlənib.

Dronların ölkəmizdə ayrıca hər hansı qeydiyyat və istifadə qaydası indiyədək yoxdur.

Dron gətirmək üçün mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına uyğun olaraq, 6 dövlət qurumundan icazə alınmalıdır. Bunlar NRYTN-in Dövlət Mülki Aviasiya Administrasiyası, XDMX, DTX, DSX, MN və DİN-dir.

Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın pozulması maddəsində dronlardan istifadəyə görə məsuliyyət nəzərdə tutulub”.

Onun sözlərinə görə, MDB məkanına daxil olan ölkələrin əksəriyyətində, inkişaf etmiş ölkələrin hamısında dronların qeydiyyatı və istifadəsi qaydaları var: “Avropa Birliyinin də bununla bağlı bəlli tövsiyəsi var. Bizim tərəfimizdən də hökumətə bu sahədə qaydaların hazırlanması üçün müraciətlər edilib. Hələlik bu istiqamətdə irəliləyiş hiss olunmur.

Azərbaycanın indiki inkişaf səviyyəsi, həm də bu sahədə baş verənlər bir daha göstərir ki, belə bir qaydaların hazırlanması çox vacibdir. Ümid edirəm ki, NRYTN belə bir qaydaların layihəsini hazırlayıb hökumətə təqdim edəcək”.



Xəbər 1783 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +