Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


05.12.2022  17:26 

Yol infrastrukturu fəlakətli həddədir





A+  A-

“Xırdalan cəmi 17 kv/km ərazisi olan ərazicə kiçik bir yaşayış məntəqəsidir. Amma cəmi 1700 hektar kiçik ərazidə ən azı 250 min nəfərin yaşadığı barədə məlumat var. Rəsmi sənəd üzərində 110 min göstərilsə də, icra hakimiyyət sistemində çalışanlardan qeyri-rəsmi kanallarla öyrəndiyimə görə faktiki yaşayanların sayı 250 min nəfəri ötür. Başqa bir rəqəm də tapmışam - elektrik enerjisindən istifadə edən abonentlərin (yalnız əhali) sayı 50 mindən artıqdır”.

XəzərNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev öz feysbuk səhifəsində yazıb.

R.Ağayev qeyd edib ki, bu ərazidə yol infrastrukturu fəlakətli həddədir: “Tikdikcə tikiblər, amma normal yol-nəqliyyat infrastrukturunu yaratmaq, nəqliyyat növlərini şaxələndirmək heç kimin ağlının ucundan keçməyib. Bunlar artıq olub-keçən işlərdir, artıq geriyə dönüş yoxdur. Kimsə dar yollara bitişik 16-18 mərtəbəli binaları söküb normal genişlikdə prospektlər salası deyil bundan sonra.

Amma indi dözülməz olan odur ki, bütün taksilər dəstə ilə avtobus dayanacaqlarını zəbt edirlər. Avtobuslar da öz yerlərində sərnişin götürmək imkanı tapmadığına görə onsuz da dar olan küçələrdə maşınların hərəkət zolağında insanları düşürüb-mindirməyə məcbur qalırlar. Hərəkət zolağında avtobus dayanırsa, aydın ki, bütün hərəkət dayanır və böyük tıxaclar yaranır.

Nə hansısa nəqliyyata nəzarət orqanı, nə yol polisi bu problemi həll etməyə maraqlı görünmür. Hər gün on minlərlə insan normalda 5-10 dəqiqəyə tərk edə biləcəyi ərazini 35-40 dəqiqəyə güc-bəla ilə çıxıb Sumqayıt yolundakı növbəti tıxaca çata bilir”.

İqtisadçı müşahidələrinə əsasən qeyd edib ki, Xırdalan daxilində nəqliyyatın tənzimlənməməsinə, avtobusların dayanacaqda taksi əlindən özlərinə yer tapa bilməməsinə hansısa maraqlar “yaşıl işıq” yandırır: “Əks halda bu problemi həll etmək çox asandır: dayanacaqlara kameralar yerləşdirilir, avtobusların yerini zəbt edənlər anında cəzalandırılır.

Anlayıram ki, Xırdalanda avtobuslar çox pis işləyir və insanlar 1 manatlıq taksilərdən istifadə etməyə məhkumdurlar. Amma taksi dayanacaqlarının avtobus dayanacaqlarından 5-10 metr irəlidə məskunlaşması üçün də kifayət qədər imkan var”.



Xəbər 461 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +