İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.01.2022  12:05 

Səs yazısı yayılan prokuror işdən çıxarıldı





A+  A-

2020-ci ildə Yardımlıda Şəmsəddin Kərimov və oğlu Elməddin Kərimovun güllələnərək qətlə yetirilməsi ilə bağlı cinayət işinin istintaqına rəhbərlik edən prokuror Vahid Məmmədli vəzifədən çıxarılıb.

Qətldən bir neçə gün sonra onların hüquqi varisi Niyaməddin Kərimov onu qəbul edən Vahid Məmmədlinin istintaqa təzyiqləri barədə danışmışdı və bu dialoqun səs yazısı Baş Prokurorluğa təqdim edildikdən sonra V. Məmmədli barəsində xidməti yoxlama başlanmışdı.

Prokurorun hərəkətləri barədə N.Kərimovun müraciəti əsasında Xidməti araşdırmalar idarəsində aparılan yoxlama materialı Vahid Məmmədlinin intizam məsuliyyətinə cəlb edilməsi üçün Etik Davranış Komissiyasına göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva sorğumuza cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyevin 22 oktyabr 2021-ci il tarixli əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Vahid Məmmədli tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, daha öncə saytda Niyaməddin Kərimovun müraciəti üzrə yayımladığımız həmin səs yazısında Vahid Məmmədli qətli törədən Nürəddin Kərimov və oğlu Kənan Nuroğlunun arxasında Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin prokuroru Ədalət Həşimov və Zərdab rayonunun keçmiş prokuroru Hüseynxan Əliyevin durduğunu iddia edirdi.

N.Kərimov bildirirdi ki, görüş zamanı prokuror Nürəddin Kərimov və Kənan Nuroğluna himayədarlıq etdiyini etiraf edib: “Vahid Məmmədli dedi ki, həmin şəxsləri yaxşı tanıyır, onlara əvvəllər bir neçə dəfə, o cümlədən bıçaqlanma hadisəsində və narkotiklə bağlı hadisədə köməklik edib”.

N.Kərimov əlavə edib ki, 2020-ci ildə prokurorun hərəkətlərindən Baş Prokurorluğa şikayət edəndə Vahid Məmmədli feysbuk hesabında status yazaraq adlar çəkəcəyi ilə bağlı kimlərisə hədələyib./“Qafqazinfo”

Xəbər 1171 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +