İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.09.2021  10:00 

Prezident xalqa müraciət etdi





A+  A-


Prezident bildirib ki, namərd atəş nəticəsində mülki şəxslər, hərbçilər ilk saatlarda həlak olmuşdur, mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam qələbə qazanmışdır.

İlham Əliyev vurğulayıb ki, bu gün Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməli qoyulacaq, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə möhtəşəm abidə ucaldılacaq.

Prezident müharibə zaman Azərbaycana dəstək göstərdiyi üçün Türkiyə dövlətinə təşəkkür edib: “Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu. Bütün dünya müharibədə Türkiyə-Azərbaycan birliyini bir daha gördü. Bilirəm ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının ürəyi tarixi vətəni ilə bir döyünürdü”.

Ali Baş Komandan vurğulayıb ki, dəmir yumruq yerindədir və heç kim buna şübhə etməsin.

Dövlət başçısı bildirib ki, bunun nəticəsində yüzlərlə kənd və şəhər bir güllə atılmadan, bir şəhid verilmədən geri qaytrarıldı: “Və beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik. Müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Dağlıq Qarabağ adlı inzibati ərazi Azərbaycan ərazisində mövcud deyil. Əgər kimsə Dağlıq Qarabağ adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində Dağlıq Qarabağ adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox. Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Və hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Evlərin yenidən qurulacağını bildirən İham Əliyev qısa müddətdə o yerlərdə həyatın bərpa olunacağını, insanların ev-eşiklərinə qayıdacaqlarını bildirib.

Dövlət başçısı bildirib ki, qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir: “Ermənistanda hakimiyyət dəyişikliyi olub. Ancaq onların xisləti dəyişməyib. Azərbaycana qarşı olan nifrət rəsmi ideologiya kimi bərpa edilib. Azad edilmiş ərazilərə gələn hər insan dəhşətə gəlir. Bunu törədən insan hətta heyvan da deyil. Bunu törədən azğınlaşmış qəbilədir. Bunu bütün dünya görməlidir”.

“Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Ancaq heç nə bizi dayandıra bilməzdi” - deyə Azərbaycan Prezidenti İlham Əliyevəlavə edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi: “Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq”.


Xəbər 2179 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +