İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.08.2021  09:43 

Kabil aeroportundakı izdihamda 40 nəfər ölüb





A+  A-

Avqustun 16-dan bu yana Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı “Taliban” hərəkatının hava limanında olan komandiri açıqlayıb.

Komandirin sözlərinə görə, bu insanlar xarici qoşunların atəş açması (ABŞ-red.), həmçinin izdiham zamanı həlak olub. O, həmçinin əhalini hava limanına gəlməməyə və xaricə uçmağın mümkün olduğu ilə bağlı şayiələrə uymamağa çağırıb.

Bununla belə, hava limanına gələn əfqanlar “ToloNews” telekanalına bildiriblər ki, bir neçə əfqanın viza və pasport olmadan Kabildən gedə bilmələrini eşitdiklərindən bu yolla ölkəni tərk etməyə ümid edirlər.

Qeyd edək ki, “Taliban” radikal hərəkatı dünən Əfqanıstan paytaxtı Kabildən bütün uçuşların dayandırıldığını elan edib.

Xəbər 1450 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +