İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.05.2021  10:32 

Beynin neçə faizi istifadə edilə bilər?





A+  A-

İnsan beyninin çəkisi təxminən 1,4 kiloqramdır. Bütün düşüncələrimizin, hisslərimizin və hərəkətlərimizin əsas mənbəyi olan beyin, 86 milyardlıq bir-birinə bağlı neyron şəbəkəsi sayəsində kainatın ən mürəkkəb obyektlərindən biri hesab edilir. Ən qədim və ən geniş yayılmış fikirlərdən biri də beynin yalnız kiçik bir hissəsindən istifadə edilməsi və beynin istifadəsiz qalmış hissəsindən yararlanmaqla idrak qabiliyyətlərini daha da inkişaf etdirməyin mümkün olmasıdır.
XəzərNews.az xəbər verir ki, insanlar tətbiq olunmayan potensialdan istifadə etməyi öyrənərək zehni qabiliyyətlərini inkişaf etdirmək istəyir. 19-cu və 20-ci əsrin əvvəllərində alimlər apardıqları təcrübə zamanı, heyvanların beyinlərinin hətta kiçik bir hissəsi qalmaqla davranışlarınının dəyişmədiyini kəşf etmişdi. Bu, tədqiqatçıların beynin kiçik bir hissəsinin belə zehni qabiliyyətlərin lazım olduğu kimi reallaşması üçün kifayət olduğu qənaətinə gəlməsinə səbəb oldu. Müasir klinik təcrübə açıq şəkildə beynin 10% işləmə mifi ilə ziddiyyət təşkil edir, beynin hətta çox kiçik sahələrinə, məsələn insult halı, xəstənin zehni qabiliyyəti üçün fəlakətli nəticələrə səbəb ola bilər. Müasir üsullar və beyin funksiyasının müşahidəsi də bu nəzəriyyə ilə ziddiyyət təşkil edir. Bu müşahidələr, əksər tapşırıqlar zamanı beynin çox hissəsinin aktiv olduğunu göstərir. Beyin, bədənin ümumi enerjisinin 20-25%-ni istifadə edir. Beyin əslində 86 milyard neyronunun hamısını eyni anda aktiv etmir. Məhz siqnal göndərən hüceyrələr və eyni zamanda istirahətdə qalan hüceyrələr arasındakı tarazlıq beynin məlumat işləmə qabiliyyəti üçün vacibdir.

Xəbər 1972 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +