İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.07.2019  17:43 

Pomidor ucuzlaşacaq





A+  A-

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov pomidorun qiymətinin ucuzlaşacağını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, o qeyd edib ki, indiyədək məhsul yığılan sahələrin əksəriyyəti istixana üsulu ilə əkin aparılmış sahələrdir:

“Hava şəraiti ilə əlaqədar açıq sahə məhsulunun yetişməsi gecikir. Havaların əlverişsiz keçməsi məhsul yetişən açıq sahələrdən yığımı çətinləşdirir, nəticədə bazara məhsul təklifi azalır. Yağıntıların azalması məhsulun kütləvi yığımına şərait yaratmaqla, açıq sahə məhsulunun bazara çıxarılmasını sürətləndirəcək, nəticə etibarilə qısa müddətdə qiymətlərin nəzərə çarpacaq dərəcədə ucuzlaşacağı gözlənilir.

Bu cür hallara əvvəlki illərdə də rast gəlinib. Məsələn, 2017-ci ildə hava şəraitindən asılı olaraq, pomidorun yetişmə fazası gec başlamış, hava şəraitinin normalllaşması ilə qısa müddətdə təklif artmış və qiymətlər ciddi şəkildə aşağı düşmüşdü”.

Xəbər 1162 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +