İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.07.2019  10:57 

Ərdoğandan Babacanın istefasına MÜNASİBƏT





A+  A-

“Mənimlə öncədən təyin edilmiş görüşü oldu. Görüş zamanı mənə “Bu seçkilərdən sonra istefa verəcəyəm. Çünki partiyaya qarşı olan aidiyyəti duyğularımı itirməyə başladım” dedi. Mən “Aiddiyyəti hisslərinizi itirməyə səbəbləriniz nədir?” deyə soruşduqda “Ölkədəki iqtisadi vəziyyət kimi bir sıra məsələlər” cavabını verdi. Hazırda onun istefa ərizəsini görmədiyim üçün ətraflı məlumata sahib deyiləm, amma o gün mənə məktub vermişdi. O, məktubda “Qurucu üzvü olduğum AKP-yə aidiyyəti duyğularımın itməyə başladığını görürəm və buna görə də ayrılmaq qərarı verirəm” sözlərini yazmışdı”.
XəzərNews.az-ın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bosniya –Hersoqovina səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə iyulun 8-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verən sabiq Xarici İşlər naziri Əli Babacanın qərarını şərh edərkən bildirib.

Ərdoğan Babacanla bir çox məsələləri müzakirə etdiyini, eləcə də siyasətçidən yeni partiya yaradıb-yaratmaq istəmədiyini soruşduğunu açıqlayıb:

“Ona “Partiyamı quracaqsınız?” sualını verdim. “Hazırda bu barədə düşünmürəm, lakin bir platforma üzərində çalışırıq” dedi. Dedim ki, “Bax, Əli bəy, əgər sənin bu kabinetə qatqı verə biləcəyin işlər, məlumatlar varsa, biz bunlardan istifadə etməyə hazırıq. Bildiyin kimi, sənə partiyada müşavir vəzifəsini təklif etdim, qəbul etmədin””.

Ərdoğan Özbəkistan Prezidentinin ondan orada yaxşı işçi istədiyini, Babacanın adını təklif etdiyini, onun bu təklifə də “hə” demədiyini sözlərinə əlavə edib:

“Baş Nazir, Prezident vəzifəsinə gələn dostlarımızın haradan-hara necə gəldikləri məlumdur. Bütün bunlarla bərabər, yola çıxarkən hər şey yaxşı olur. Amma Prezident mövqeyini itirəndən sonra mənsub olduqları partiyaya belə üzv olmurlar. Əli bəy də bu şəkildə istefa verib. Xeyirli olsun. Lakin partiyamızdan bu şəkildə ayrılanlar əvvəllər də olub. Onlar partiya da qurublar, amma davam etdirə bilməyiblər”.

Türkiyə Prezidenti jurnalistlərin “Əli Babacan, Əhməd Davudoğlu, Abdullah Güldən incikliyiniz varmı?” sualına cavabında isə deyib: “Allah eşqinə, bu sualı heç soruşarlar? Bunlardan inciməyim, bəs kimdən inciyim? Baxın, İstanbulda sonuncu bələdiyyə seçkilərində qalib gələnlər çıxıb Binəli bəylə bağlı müsbət fikir səsləndirmədilər. Biz danışdıqmı? Danışmadıq. Hər kəs özünə cavabdehdir”.

Xatırladaq ki, AKP-nin əsas yaradıcılarından biri olan Əli Babacanın hansı səbəbdən istefa verdiyi məlum deyil.

İddiaya görə, 52 yaşlı siyasətçi Türkiyənin sabiq Prezidenti Abdullah Güllə yeni partiya yaratmağı planlaşdırır. Partiyanın yaxın həftələrdə təsis olunması gözlənilir.

Xəbər 1060 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +