İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


27.02.2019  09:41 

Monteneqro Prezidenti Bakıya gələcək





A+  A-

Monteneqro Respublikasının Prezidenti Milo Cuqanoviçin Azərbaycana səfəri gözlənilir.
XəzərNews.az-ın məlumatına görə, səfərin məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak etməkdir. Milo Çuqanoviçin Forumda nitq söyləyəcəyi və səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bütün Balkan ölkələri, o cümlədən Monteneqro Respublikası ilə sıx əməkdaşlıq edir. Bu ölkənin əvvəlki prezidenti Filip Vuyanoviç Mərkəzin İdarə heyətinin üzvüdür. O, IV və V Qlobal Bakı Forumlarında da iştirak edib.

Xatırladaq ki, Forumda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. VII Qlobal Bakı Forumunun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə Monteneqro przidenti ilə yanaşı, Əfqanıstan, Bosniya və Herseqovina, Albaniya və digər ölkələrin dövlət və hökumət başçıları da qatılacaq.

Xəbər 865 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +