İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.11.2018  15:48 

Narazı şəhid vərəsələri yeni aksiya keçirdilər - Nazirlik açıqlama verdi





A+  A-

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərman imzalayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını hazırlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödənişlə təmin olunması üçün sənədlərin qəbulu prosesini həyata keçirir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişlərin 2 il müddətinə icra olunacağını bildirib.

Fərmana əsasən, bu kateqoriyadan olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az ) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər.

Bəzi şəhid ailələri həlak olmuş dağmalarının adlarının həmin siyahıda olmadığını bildirirlər. Hətta buna etiraz olaraq, bir neçə dəfə müxtəlif qurumların qarşısında aksiya keçiriblər.

Şəhid ailələri bu gün yenidən etiraz aksiyası keçirib. Onlar Prezident Adminstrasiyasının qarşısına toplaşaraq, 11 min manatlıq birdəfəlik ödəmənin onlara şamil edilməməsinə bir daha narazılıqlarını bildiriblər. Aksiya iştirakçıları “Şəhidlərin haqqı yeyilməz!”, “Şəhidlər ölməz, şəhidlər bölünməz!” şüarlarını səsləndiriblər.

XəzərNews.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctiamiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olararaq bildirib ki, şikayətlərin nazirliyə aidiyyatı yoxdur:

“Nazirlik birdəfəlik ödəməni almaq hüququ olan hərbi qulluqçuların vərəsələrinə ödənişin edilməsi üçün işləri sürətləndirib və bu proses tam şəffaf, elektronlaşmış şəkildə icra edilir.

Notariat kontorlarından sənədlər elektron qaydada daxil olduqca İşçi qrup baxır və komissiya ödəmə ilə bağlı qərar verərək maliyyənin açılması məqsədilə aidiyyəti işləri aparır”.

F.Talıbov qeyd edib ki, hər bir şəhidin xatirəsi ucadır:

“Narazı bir neçə nəfər vərəsənin də şikayətləri araşdırılır”.

Xəbər 1584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +