“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


24.08.2017  14:11 

Testin ləğvi ilə bağlı DİM-dən - Açıqlama





A+  A-

“İndidən test imtahanın ləğv olunacağı yazmaq düzgün deyil. Çünki mütəxəssislər tərəfindən müzakirələr aparıldıqdan sonra yeni model ictimaiyyətə təqdim olunacaq”
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin sektor müdürü Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, DİM sədri müsahibəsində qeyd edib ki, iki ildən sonra kurikulum sistemində təhsil alan şagirdlərin buraxılış və qəbul imtahanlarının hansı model əsasında keçirilməsi müzakirə olunur: “Təhsil Nazirliyi ilə birgə bu imtahanın modeli üzərində İşçi Qrup çalışır. Həmin o qrup işini yekunlaşdırdıqdan sonra yeni model haqqında ictimaiyyətə məlumat veriləcək.

İki ildən sonra qaydalarda müəyyən dəyişikliklər olacaq. Yenə də buraxılış, həmçinin ali və orta ixtisas müəssisələrinə qəbul imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Ancaq imtahanın modelinin hansı formada olması ilə bağlı müzakirələr bitəndən sonra ictimaiyyətə açıqlama verəcəyik. İndidən hər hansı fikri söyləmək düzgün deyil. Üzümüzə gələn il imtahan əvvəlki qaydada olacaq. Amma bütövlükdə test imtahanın ləğv ediləcəyini indidən demək doğru deyil”.

Xəbər 1245 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +