İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.03.2024  12:12 

Bəzi beynəlxalq qurumlar Azərbaycanın mədəni irsinə ikili standartla yanaşırlar





A+  A-

Məsələ Azərbaycan, bütövlükdə türk mədəniyyətinə gələndə, bəzi beynəlxalq qurumlar ikili standartlar tətbiq edirlər.

Xəzərnews.az "Report"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu Azərbaycanın torpaqlarının işğaldan azad edilməsindən sonrakı proseslərdə də aydın görünür:

"Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra bəzi beynəlxalq qurumlar birdən-birə oradakı erməni abidələrinin durumu ilə maraqlanmağa başladılar. Bu siyasi oyunların bir hissəsidir.

Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və həmişə də belə olacaq. Oradakı mədəniyyət də Azərbaycana, xalqımız məxsusdur. Biz heç kimin mədəni abidələrinə, mirasına xor baxmırıq. Bütün mədəni abidələri olduğu kimi qoruyur, bərpa edirik. Azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpa edilməsi də göstərir ki, biz bütün xalqların mədəni irsinə hörmətlə yanaşırıq.

Qarabağda aparılan bərpa-quruculuq işləri, oradakı mədəni abidələrin bərpası da bunun sübutudur".

Xəbər 382 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +