İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.09.2022  20:56 

“Misli” və “Poz, qazan” qumarı da fiaskoya ugradı





A+  A-

Son aylar “Misli” və “Poz, qazan” lotereyalarına maraq kəskin şəkildə azalıb. Bunu adi müşahidələr də təsdiqləyir. Əvvəllər köşklərin qarşısında izdiham, növbələr olardı, indisə tək-tük, adda-budda şəxs həmin mərc oyununda şansını yoxlayır.

Bu da ondan irəli gəlir ki, “Azərlotereya” ASC tərəfindən təşkil edilən mərc oyunları, əslində qumar heç də insanların etimadını qazanmadı. Hər dəfə aldığı kupon boşa çıxan, uduzan, pulu gedən adamlar anlamağa başladılar ki, şirnikləndirici mahiyyət daşıyan “Poz, qazan” qumarı fırıldaqdır, aldatmaqdır, cibə girməkdir.

Əgər kupon alanlar arasında hər 10 nəfərdən heç olmasa 4 nəfəri qalib gəlsəydi, bəlkə inam yaranardı, oynayanların sayı sürətlə artardı. Amma 10 kupondan elə 10-da qumar təşkil edən qalib gəlirsə, uzaqbaşı 1 nəfər uzağı qoyduğu pulu çıxarırsa, o halda niyə yenidən bu qumara baş qoşsunlar ki?! O baxımdan “Azərlotereya”nın layihəsi batmaqdadır və küçələrdə təşkil edilən bu mərc oyunlarına daha üz tutanlar yoxdur.

Sosioloq Elçin Bayramlının bildirdiyinə görə, artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur və bu oyunlardan nadir hallarda nəsə qazanmaq olar. Onun sözlərinə görə, əhalinin lotereyalara olan inamı getdikcə azalacaq, lakin yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar:

“Lotereya bumunun yaranması üçün adətən iki səbəb olur: birincisi, əhalinin sosial vəziyyəti ağırlaşanda insanlar çıxış yolunu bunda görürlər, ikincisi, lotereyalara əvvəlcədən buraxılan uduşları qazananda insanlar arasında bu məlumat tez yayılır və maraq yaranır.

Belə ki, ilk başda uduşlar çox buraxılır, lotereyalar kütləviləşəndən sonra isə uduşlar azalır. Artıq insanların çoxu başa düşdü ki, bundan heç bir xeyir yoxdur, nadir hallarda nəsə qazanmaq olar. Çünki bir nəfərin udması üçün neçə min nəfər uduzmalıdır”.

Sosioloq hesab edir ki, lotereya bundan artıq irəli gedə bilməzdi:

“Ona görə də proses getdikcə zəifləyəcək. Bunun qarşısını almaq üçün isə yeni, fərqli, şirnikləşdirici lotereyalar yaradacaqlar ki, insanların son qəpiklərini də əllərindən alsınlar.

Ümumiyyətlə, lotereya açıq-aşkar qumardır. Faktiki olaraq yığılan pulun hələ rəsmi deyilən məlumatlarda cəmi 50 faizinin uduşa buraxıldığı göstərilir. Lotereyalar neçə insanın bədbəxtliyinə səbəb oldu, buna görə ailələr dağıldı. Bu məsələlərə olduqca ciddi yanaşılmalıdır”./tia.az

Xəbər 918 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +