Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


13.07.2022  15:58 

O yanacaq bir gün sizi yandıracaq - Odla oynamayın!





A+  A-

Azərbaycanda yanacağın qiymətinin artmasını "xaricdən alırıq" deyə-deyə əsaslandırmağa çalışırlar. Guya xaricdə premium benzin bahalaşıb, bizdə də bahalaşmalıdır. Ucuzlaşanda heç qiyməti aşağı salan olmadı. Neft 20 dollara düşəndə yanacağın qiymətini 10 qəpik ucuzlaşdırıb sonradan kəllə-çarxa qaldırdılar. Əsas məsələ odur ki, axı Azərbaycan özü niyə keyfiyyətli benzin istehsal edə bilmir?

Sözün düzü, 92 markalı benzini normal keyfiyyətlə buraxa bilməməyimiz ayıb bir şeydir. 95 isə xəcalətdir. Bəlkə də bizimkilərdən kiminsə xaricdə zavodu var. Burdan xam nefti aparıb 95 premium benzin istehsal edib yenidən Azərbaycana gətirib baha satır. Ola bilməz ki, ayrı-ayrı yanacaqdoldurma məntəqələri məhsulu eyni yerdən alsın, eyni qiymətə də satsın. Deyirlər, 95-in qiymətini dövlət tənzimləmir. O zaman niyə bazarda hamı eyni qiymətə satır? Beş aşağı, beş yuxarı olmaz? Deməli, kimsə barmaq edir bu işə.

Ancaq əsas məsələni də unutmayaq. Kimlərsə Azərbaycana normal avtomobil gətirilməsinin, avtomobil parkının yenilənməsinin qarşısını alır. İnsanları məcbur edirlər ki, gedin köhnə-kürüş maşın alın, 92 markalı benzin tökün, sürün. Camaatı da zəhərləyin, özünüzü də. Bərkə düşsə, dizelə möhtac qoyarlar. Sadəcə risk eləmirlər. Ona görə də, dövlət baba bu işə ciddi nəzər yetirməlidir. Yanacaq mafiyası nə etmək istəyir?

Məqsəd nedir? Birdən-birə 40 qəpik artım nə deməkdir? Niyə Azərbaycanda premium benzin istehsal zavod yoxdur və ya tikinti işləri gecikir? SOCAR söz verib. 2 ilə bu problemi həll etməli idilər. Amma gecikirlər.

Mən yanacaqla işləyən maşınların tərəfdarı deyiləm. Amma bu gün gücümüz buna çatır. Nə zamansa elektromobilə keçəcəyik, onda da elektrikin qiymətini qaldıracaqlar.

İndidən baza qurmurlar. Sistem ancaq söz yığını üzərində işləyir. Kimsə öz məqsədləri üçün çox iyrənc əsaslandırma yolu ilə cəmiyyəti dövlətə qarşı qoyur. Belə oyunların axırı heç yaxşı olmayacaq. O yanacaq bir gün sizi yandıracaq. Odla oynamayın!

Elməddin Muradlı

Xəbər 1266 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +