Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


17.05.2022  13:59 

Milli Onkologiya Mərkəzində nə baş verir: Pulun yoxdursa, kənarda qal...





A+  A-

Milli Onkologiya Mərkəzində uzun növbələr var. Kimin pulu yoxdursa, onlar kənarda qalır. Kimin pulu, imkanları varsa, ona həm yer verilir, həm də müalicəyə götürürlər. Ümumiyyətlə, onkoloji xəstələr Mərkəzdə pulsuz müayinə olunmalı, pulsuz dərmanlarla təmin olunmalıdır. Bu, dövlətin qanunudur.

Təəssüf ki, hansı dərman daha baha qiymətədirsə, deyirlər ki, yoxdur, gedin, axtarın, tapın və.s. Hər şeyin məzənnəsi var. Amma dövlətin qanunlarına bunlar ödənişsiz olmalıdır. Niyə görə böyük bir dövlət vəsaiti hesabına tikilmiş, müasir avadanlıqlarla təmin olunmuş, yüksək səviyyədə təmiri həyata keçirilmiş belə böyük bir Mərkəz insanlara xidmət etmir? Hansı səbəbdən? Əgər doğrudan da bura kiminsə şəxsi əmlakıdırsa, onda qoy dövlət öz hesabına başqa yerdə mərkəz tiksin və insanlar yüksək səviyyədə xidmət görə bilsinlər.

XəzərNews.az xəbər verir ki, bunu pravda.az-a “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.

“Niyə hər kəs İrana, Tükiyəyə gedir? Çünki Milli Onkologiya Mərkəzinə bir dəfə gedən insan ikinci dəfə ora ayaq basmır. Hətta xərclədikləri pulu da Azərbaycana qoymurlar. Burada dəhşətli münasibəti görüb, ikinci dəfə müraciət etmək istəmirlər. Bunu yüzlərlə insanın adından ictimailəşdirirəm. Bir dəfə Onkologiyaya gedirsən, orda dayanan insanların əhvalını görürsən, adam dəhşətə gəlir. Daha ora getmək istəmirsən. Hamı növbədə, əsəbi, gərgin... Həkimlərin hamısını nəzərdə tutmuram. Əlbəttə, orda vicdanlı həkimlər, qayğı göstərməyə çalışan, sistemi içəridən dəyişmək istəyən insanlar da var. Amma nə olsun? Dəyişə bilmirlər. Çünki onlar sadəcə həkimdirlər. Görünən dağa nə bələdçi? Hamısı göz qabağındadır. Məgər səhiyyə sistemi, Səhiyyə Nazirliyi və ya səhiyyənin başında dayananlar bunu görmürlər? Əlbəttə, görürlər, sadəcə müdaxilə edə bilmirlər. Əgər nəyisə dəyişə bilmirlərsə, onda daha keyfiyyətli, insanların qayğısına qalan bir mərkəz yaratmalıdırlar. Ordakı vətəndaşlar bizim vətəndaşlarımızdır. Xəstələr bizim xəstələrimizdir. Onları bizim hökumət müayinə etməli, qayğısına qalmalıdır. Axı belə ola bilməz. Ölkədə niyə süni narazılıq yaradılmalıdır?”, - Xuduoğlu bildirib.

Xəbər 7481 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +