Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.05.2022  10:33 

“80 manat veteranlıq pulu ilə dolanıram” - Qazi





A+  A-

“Vətən müharibəsində yaralanandan sonra işsiz qalmışam. Nə əlilik verilir, nə də işimə qaytarılıram. Aldığım 80 manat veteranlıq pulu ilə dolanıram”.

XəzərNews.az xəbər verir ki bu şikayətlə “Qafqazinfo”ya Biləsuvar rayonu, Çaylı kənd sakini Qafur Hüseynli müraciət edib. Onun sözlərinə görə, 2016-cı ildən Azərbaycan Ordusunda gizir, tank komandiri kimi xidmət edib. Daha sonra müharibədə iştirak edib və 21 oktyabrda yaralanıb.

Q.Hüseynli bildirib ki, müxtəlif xəstəxanalarda davamlı müalicələrdən sonra səhhətindəki ciddi problemlərlə əlaqədar ordudan tərxis olunub: “Mən öz işimdə sevə-sevə çalışırdım. Nümunəvi xidmətim olub. Buna görə hətta “Azərbaycan ordusunun 100 illiyi yubileyi” medalı ilə də təltif olunmuşam. Müharibədə iştirakıma görə də “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları verilib. Amma müharibədə yaralandığıma görə işləmək üçün yararsız olduğum bildirildi. Hazırda işsizəm. Ötən müddət ərzində səhhətimdə olan narahatlıqlarla əlaqədar müalicələrin əsasını öz imkanım hesabına aparmalı olmuşam. Hazırda narahatlıqlarım davam edir. Oturaq sinirin pozuntuları, ayaq barmaqlarımın (iki barmağın) amputasiyası, beyin travması, bədənimin müxtəlif nahiyələrində olan çoxsaylı qəlpələr ardıcıl məni narahat edir. Müharibədən qabaq işləyirdim, aldığım əmək haqqı bütün ehtiyaclarımı ödəyirdi. Bankdan götürdüyüm borcu da vaxtında ödəyirdim. İndi isə gümanım qalıb 80 manat veteranlıq puluna. Bankdan götürdüyüm 6 000 kredit cərimə faizlərlə birgə 20 000 manata çatdırılıb”.




Vətəndaş bildirir ki, əlilliyiin təyinatı ilə bağlı TSEK-ə müraciət edib. Ona verilən cavab neqativ olub: “Məni işimə qaytarın, vicdanımla deyirəm ki, işləməyə hazıram. Yox əgər həqiqətən müharibə məni işimdə yararsız duruma salıbsa, pensiyam təyin olunsun ki, yaşaya bilim. Ailə, uşaq sahibiyəm. Onların ehtiyaclarını ödəyə bilmirəm”.

Şikayətlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Agentliyin mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”nun sorğusunu belə cavablandırıb: “Vətən müharibəsi iştirakçısı Hüseynli Qafur Hafiz oğlunun əlilliyinin qiymətləndirilməsi məqsədilə 06.01.2022-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə edilib. Müayinəyə zamanı Q.Hüseynlinin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu səbəbdən vətəndaşa imtina qərarı verilib”.

Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı da mövzu ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, Qafur Hüseynli hazırda "məşğulluq" altsistemində qeydiyyatdadır: “O, Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramına müraciət edib və 22.11.2021-ci il tarixində iribuynuzlu heyvandarlıq zərfi üzrə qeydiyyata alınıb. Agentliyin əməkdaşları tərəfindən 18.02.2022-ci tarixində Q.Hüseyinlinin özünüməşğulluğunun təşkili üçün təsərrüfatına ilkin monitorinq də keçirilib. Yaxın zamanda vətəndaş proqram çərçivəsində təlimlərə cəlb ediləcək və növbəti mərhələ olaraq aktivlərlə təmin ediləcək. Agentlik tərəfindən Qafur Hüseynlinin məşğulluğuna dəstək göstərilməsi diqqətdə saxlanılır”.

Xəbər 7520 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +