Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


16.01.2022  19:11 

Diplomat qırıqları...





A+  A-

Və ya Kuba, Venesuela, İran, Şimali Koreya kimi "izqoy" ölkələrin ümidinə qalan Rusiya...

Cenevrə, Brüssel və Vyanada keçirilən danışıqlarda Qərbə uduzan və təhlükəsizlik tələbləri rədd edilən Rusiya diplomatlarının ritorikası, Kremlin ABŞ və NATO-ya qarşı cavab tədbirlərinin cılızlığı heyrət doğurur.

Az öncə adlarını qeyd etdiyim Avropa şəhərlərində baş tutan görüşlərin nəticələri onu deməyə əsas verir ki, ABŞ son vaxtlar gündən-günə aqressivliyi daha da artan və Qərbi şantaj edən Rusiyanı dayandırmağı, Putinin "gözünün odunu" almağı, Ukraynanı və Avropanı Kremlin hücum-hədələrindən qorumağı bacardı.

ABŞ, NATO və ATƏT diplomatları Rusiya tərəfi ilə danışıqlar zamanı prinsipial mövqe tutaraq, Moskvanın bütün təklif və tələblərinə birmənalı və kateqorik olaraq "yox!" cavabı verməklə, necə deyərlər, Rusiyanı "sındırdılar".

Nəticədə Rusiyanın təbliğatçı mediasının son vaxtlar Putinin dünyanın ən güclü lideri olması və Rusiyanın gücü ilə hamının hesablaşması barədə apardıqları propaqanda kampaniyası da sabun köpüyü kimi bir anın içində uçulub dağıldı, gorbagor oldu.

Məlum oldu ki, bütün bunlar hamısı sadəcə blef imiş. Və o da məlum oldu ki, Rusiyanın Qərblə mübarizə aparmağa, Qərbi güzəştlərə məcbur etməyə əsla gücü yoxdur.

Başqa şeylər də məlum oldu.

Məsələn, məlum oldu ki, danışıqlar zamanı bütün təkllf və tələbləri rədd edilən Rusiyanın bundan sonra ABŞ-a qarşı, NATO-ya qarşı necə davranacağı ilə bağlı heç bir aydın təsəvvürü və adekvat cavab imkanları yoxdur. Rusların yeganə çıxış yolu ya xəcalətli şəkildə geri çəkilməkdir, yadaki az qala hamıya qarşı müharibə elan etməkdir.

Bəli, rusların hərbdən başqa, müharibədən başqa dünyaya verə biləcəklləri heç bir şey yoxdur. Ona görə də Qərblə danışıqlarda divara dirənən kimi qosqoca Rusiya dövlətinin hətta ən titullu-təcrübəli diplomatları da ya "vorzakon" ifadələri ilə, yadaki hərbçilərin diliylə danışmağa başlayırlar.

Hətta Lavrov və Ryabkov kimi illərin yaşlı-başlı diplomatları da son günlər isterikaya qapılaraq jarqonla, arqo ilə danışırlar.

Danışıqların uğursuzluğundan qəzəblənən Rusiya xarici işlər nazirinin birinci müavini Sergey Ryabkov üzünü Qərbə, NATO-ya tutub deyir ki, "kisələrinizi, kəşküllərinizi yığıb gedin 1997-ci ildəki mövqelərinizə"...

Bu, təcrübəli bir diplomat üçün çox ayıb bir ritorika, bağışlanmaz bir davranış tərzidir.

Lavrov isə özünü lap "paxan" kimi, kriminal "avtoritet" kimi apararaq Qərbi müharibə ilə hədələyir və deyir ki, eybi yox, bundan sonra iş hərbçilərin üzərinə düşər, məsələni onlar həll edəcəklər və s...

Baxın, bunların hətta ən təcrübəli diplomatları da acizdir, dayazdır və elə ilk həmlədə uduzan kimi diplomatlıqlarını da, diplomat nəzakətini və etiketini də unudub dərhal "ayı" davranışına keçirlər...

Bu isə artıq tam məğlubiyyət deməkdir.

Və görün klassik diplomatiya kriteriyalarından çox uzaq adamlar olan "güclü" Rusiyanın "güclü" diplomatları, daha doğrusu, "diplomat qırıqları" (bizim loru dillə desək, kişi qırıqları) Qərbi hansı tədbirlərlə, hansı addımları atacaqları ilə hədələyirlər.

Sergey Ryabkov deyir ki, Moskva ABŞ və NATO-ya qarşı Kuba və Venesuelada qoşun yerləşdirə, baza yarada bilər.

Həmçinin, Rusiya ekspertlərindən də bu yöndə cürbəcür ağlasığmaz variantlar, təkliflər eşitməkdəyik.

Bəzilərii deyir ki, Qərbin Rusiyanın təhlükəsizlik zəmanəti tələblərinə "yox" cavabından sonra Rusiya da götürüb Donbasın müstəqilliyini tanısın...

Başqa bir ekspert isə deyir ki, cavab tədbirlərindən biri kimi Rusiya İranın, Venesuelanın nüvə silahına malik olmasına kömək etsin.

Ukraynaya hücum etməyin tərəfdarları isə lap çoxdur.

Və ən pisi də budur ki, bu cür bir-birindən absurd, bir-birindən daha sərsəm təklifləri irəli sürənlərin arasında hətta Sergey Mixeyev kiimi təcrübəli, peşəkar ekspertlər də var.

Bu da onu göstərir ki, Rusiya həqiqətən də çox aciz duruma düşüb və hazırda bu ölkənin arsenalında tutarlı cavab tədbirləri, əks addımları demək olar ki, yox dərəcəsindədir.

Onu da deyək ki, hələ Qərb super-sanksiyalara keçməyib. Əgər super-sanksiyalar tətbiq edilməyə başlansa, o zaman Rusiya ümumiyyətlə, çıxılmaz vəziyyətə düşə bilər və hətta çökər.

P.S.
Yəqin ki, bundan sonra Putin anlayacaq ki, onun indiyə qədər yürütdüyü xarici siiyasət kökündən yanlış olub. Nə keçmiş SSRİ respublikalarını Rusiyanın "arxa bağçası" hesab etmək, nədəki Qərbə qarşı daim təhdid dili ilə danışmaq Rusiyaya heç bir xeyir gətirə bilməz.

Bəybala Mirzəyev

Xəbər 1133 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +