Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.12.2021  11:15 

Heydərovun daha bir müavininin yüz milyonluq SƏRVƏTİ - SİYAHI - Foto/Fakt





A+  A-

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir müavini - Orucəli Hacıyevin oğlu Elvin Hacıyevin biznes şəbəbkəsi, çoxsaylı şirkətləri, restoranları ortaya çıxıb.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatları jurnalist Cavanşir Həsənli paylaşıb.

Orucəli Hacıyevin oğlu Elvin Hacıyevin adına olan şirkətlər, təsərrüfat və obyektlər aşağıdakılardan ibarətdir:

ŞİRKƏTLƏR:

☑ «BOL SÜFRƏ» MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2010-cu ildə BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73 ünvanında hüquqi qeydiyyatdan keçib);

☑ «BABYLON-GROUP» MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (2012-ci ildən BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyatdadır);

☑ «BABYLON AQRO» MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ;

☑ «BT PROJECT» MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2014-cü ildə BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, BÖYÜK QALA, ev 39, m. 7/8 ünvanında hüquqi qeydiyyata alınıb);

☑ «APİ DELTA GROUP» MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2013-cü ildə QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb).

TƏSƏRRÜFAT VƏ OBYEKTLƏR

- Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA ("BOL SÜFRƏ" MMC);

- Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ ("Api Delta Group);

- Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI ("Babylon Agro");

- SULTANAHMET KÖFTECİSİ - Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 ("Babylon Group");

- SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) - ("Babylon Group");

- SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) - "Babylon Group");

- "Babylon Group" eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib;

- "Babylon Group" həmçinin Caspian Business Mərkəzində və Kaspi Liseyində katering xidməti göstərir;

- Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı ("BT Project" MMC);

- Bakının "Torqovıy" kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI ("Babylon Group");

- TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsində;

- Elvin Hacıyev Nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dolları aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir;

- Elvin Hacıyev özünü film industriyasında da sınamağa çalışıb. "Sudan", "3 Otaq", "T of Generation", "Zərdüşt belə deyərdi" kimi qısa metrajlı film ve serialları hazırlayan Babylon Film (ABŞ-da yaşayan rejissor Orxan Ata ve "Babylon Invest" tərəfindən yaradılıb.

- Elvin Hacıyev bir dəfə müsahibəsində bildirib ki, restoran biznesi onun öz təşəbbüsü ilə formalaşıb, ancaq "Babylon Agro" və "Technol" ailəsindən gələn layihələrdir. Yəni bu biznes birbaşa Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevə aiddir.

Vəssalam…

Xatırladaq ki, bir az əvvəl Fövqəladə hallar nazirinin birinci müavini, general-leytenant Rəfael Mirzəyevin oğlu Rəşad Mirzəyevin İngiltərədə mövcud biznesi haqında maraqlı məlumatlar paylaşılmışdı.





















Xəbər 1451 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +