Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


21.09.2021  13:29 

Valideynlər bu məktəbin dərs saatından niyə narazıdırlar?





A+  A-

Bakıda övladı Arif Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə təhsil alan bir qrup valideyn məktəbin iki növbəli olmasına etiraz edir. Bununla bağlı petisiya imzalayan valideynlər həmişə birinci növbə dərsə gedən şagirdlərin axşam saatlarına qədər dərs keçmələrinə narazılıq edirlər.
XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən valideynlər bu qrafiklə övladlarının məktəbdənkənar kurs və məşğələlərdən kənarda qaldığını bildirirlər: “İndiyə qədər həmişə birinci növbə təhsil alan 3, 4, 5, 6, 7-ci sinif şagirdlərini bu ildən ikinci növbəyə keçiriblər. İkinci növbənin dərsləri axşam saat 19-20:00-dək davam edəcək. Bəs o zaman uşaqlarımız idmanla, rəsmlə, digər dərnəklərlə, məktəb tapşırıqları ilə nə vaxt məşğul olacaqlar? Qışda hava saat 17:00-dan sonra qaralır, nə vaxt təmiz hava alacaqlar? Valideynlərin 80 faizi işləyir, onlar uşaqlarını nə vaxt dərsə gətirsinlər? Bizim məktəbimiz FHN, Fəxri Xiyaban və bir neçə nazirliyin yaxınlığındadır, axşam saatlarında məktəbdən çıxan uşaqlara görə yaranan tıxacı təsəvvür edirsinizmi?”

Valideynlər iddia edirlər ki, indiyə qədər yalnız birinci növbə dərs keçirilən məktəbdə ikinci növbənin olmasının səbəbi məktəbin bəzi kabinetlərinin STEAM layihəsinə görə icarəyə verilməsidir.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir:

“Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib. Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir. Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir”.

İdarədən həmçinin bildirilib ki, dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər də dəstək verməlidir.

Xəbər 2256 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +