Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


09.08.2021  10:32 

Sumqayıtda havanı çirkləndirən daha bir müəssisə cəzalandırıldı





A+  A-

Atmosfer havasının keyfiyyətinə nəzarət tədbirləri çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təkrar monitorinqlər keçirilib.
ETSN-dən XəzərNews.az-a verilən məlumata görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir neçə gündür, Sumqayıtda aparılan monitorinqlər zamanı bəzi müəssisələrdə gündüz saatlarında havaya atılan tullantıların norma daxilində olmasına baxmayaraq, gecə saatlarında havaya normadan artıq tullantı atıldığına şübhə yarandığı üçün ötən gün gecə saatlarında həmin müəssisələrin ətrafında yenidən monitorinq aparılıb və ”AzMet” QSC-nin qaz-toz tutucu qurğusunda nasazlıq yarandığından təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı məlum olub.

Faktla bağlı akt və protokol tərtib edilib, müəssisənin direktoru Murad İbrahimov vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib.

Xidmət rəsmisi onu da qeyd edib ki, Sumqayıtla yanaşı, Quba və Gəncə regionlarında yerləşən müəssisələrdə də havanın tərkibi yoxlanılıb.
Monitorinqlər zamanı Gəncə şəhərində gecə saatlarında havada xoşagəlməz tüstü və qoxu müşayiət edilib. Aparılan araşdırma zamanı Gəncə məişət tullantıları poliqonunda tullantıların istidən öz-özünə alışdığı və nəticədə havaya normadan artıq tüstünün atıldığı məlum olub. Belə halların təkrarlanmaması üçün poliqon rəhbərliyinə məcburi göstəriş verilib.

Quba rayonunda isə Dəvədabanı yaşayış massivində məişət tullantılarının yandırıldığı, nəticədə ətrafa tüstü və qoxunun yayıldığı aşkarlanıb. Faktla bağlı “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə akt və protokol tərtib edilib, hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər Quba Rayon Məhkəməsinə göndərilib.

H.Əlizadə monitorinqlərin bütün regionlarda davam etdiyini bildirib və ətraf mühiti, havanı çirkləndirən subyektlərə bir daha xəbərdarlıq edib.

İstehsalat müəssisələrinin sahiblərinin və ətraf mühitə zərərli təsir göstərən digər təsərrüfat subyektlərinin nəzərinə çatdırırıq ki, fəaliyyətlərini qanunamüvafiq həyata keçirsinlər, ətraf mühitin çirkləndirilməsinə şərait yaratmasınlar.

Qeyd edək ki, bir neçə gün əvvəl də Sumqayıtda havanı çirkləndirən müəssisələr cəzalandırılmışdı.



Xəbər 1372 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +