Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.02.2021  11:21 

Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı





A+  A-

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək onlara 2018-ci ildə verilmiş bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, bununla bağlı AMEA əməkdaşlarına ötən gün məlumat verilib: “Onlar bildirirlər ki, bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar”.

AMEA-nın əməkdaşları “Qafqazinfo”ya faktı təsdiqləyiblər və əlavə ediblər ki, artıq onlara torpağın əllərindən alınması barədə məlumat verilib: "Dünən bu məsələ ilə bağlı iclas keçirilib və qərar da orada verilib".

AMEA-nın Mətbuat və İnformasiya şöbəsinin əməkdaşı Gülnar Hacıyeva isə qeyd edib ki, hər gün AMEA prezidenti Ramiz Mehdiyevlə görüşsələr də, belə bir məlumatdan xəbərsizdirlər: “Bunları hardan tapıb yazırlar? Nə qədər qeyri-peşəkar insanlardırlar. Belə bir şey ola bilməz. O nə qərardır? Belə bir sənəd yoxdur axı. Elə bir şey ola bilər? 500 əməkdaşın əlindən bağ sahəsini almaq nə deməkdir? Bunlar hamısı yalandır”.

Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.

Xəbər 2154 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +