Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


03.09.2019  13:54 

Dilənçilik edən narkotik alverçisi saxlanıldı





A+  A-

Bakıda dilənçilik adı altında narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, paytaxt sakini Xəyal Hacıyevin üzərindən şəxsi axtarış aparılan zaman külli miqdarda təmiz çəkisi 2,188 qram güclü təsiredici xassəyə malik heroin aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində sağlam olmasına baxmayaraq özünü fiziki imkanları məhdud olan şəxs kimi təqdim edərək paytaxt ərazisində dilənçiliklə məşğul olduğunu bildirib. X.Hacıyev dilənçi görkəmi yaratmaqla diqqəti özündən yayındırmaq istədiyini və bu üsulla rahat şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib. Saxlanılan şəxs dilənçiliklə əldə etdiyi pul vəsaitlərini də narkotik vasitə almağa xərclədiyini də qeyd edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.



Xəbər 830 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +